Til Ulenşpigel (Almanca [tɪl ˈʔɔʏlənˌʃpiːɡəl]) — alman folklorunda hiyləgər komik personaj. Almaniyanın Molla Nəsrəddini adlanan ədəbi qəhrəman.
Etimologiyası Qəhrəmanın adı aşağı almancada ulan-getmək, şpigel-geri sözlərindən yaranıb.
Ədəbiyyatda XVIII əsrdə Alman satiristləri sosial satira üçün seriyalar qəbul etdilər və XIX–XX əsrin əvvəllərində nağılların müxtəlif variantları uşaqlara uyğun olaraq hazırlanmışdı.
Belçikalı yazıçı Çarlz De Kosterin 1867-ci ildə yazdığı Til Ulenşpigel və Lamme Goedzak əfsanəsi bir çox dillərə tərcümə edilmişdir.
Fransızca versiyası 1910-cu ildə Konstantin Kantera tərəfindən Les Aventures de Til Ulespiègle adı ilə nəşr olunmuşdur.
Jurnallar 1945–1950-ci illərdə alman satirik jurnalı Ulenspiegel adını daşıyırdı. Digər bir satirik jurnal olan Eulenspiegel 1954-cü ildə Şərqi Almaniyada fəaliyyətə başlayıb.
Filmlər 1956-cı ildə Cerard Filip və Yoris İvens tərəfindən Til Ulenşpigelin macəraları filmi çəkilib.
1973-cü ildə Ualter van der Kamp tərəfindən Uilenspiegel adlı holland filmi çəkilib.
Reyner Simon 1975-ci ildə Şərqi Almaniyada Til Ulenşpigel adlı film çəkib.
Televiziyada 1961-ci ildə VRT-də uşaqlar üçün Tijl Uilenspiegel adında teleserial yayımlanıb.
Həmçinin Bax Molla Nəsrəddin Baron Münhauzen
İstinadlar
Kateqoriya:Avropa folklor personajları Kateqoriya:Orta əsrlər əfsanələri