Pirokatexin (1,2-dihidroksibenzol) — kimyəvi formulu C6H4(OH)2 olan üzvi birləşmə, iki atomlu fenol.
Dihidroksibenzolun mümkün üç izomerindən biri, digər ikisi hidroxinon və rezorsin.
Tarixi Pirokatexin 1839-cu ildə alman kimyaçısı H.Reynş tərəfindən katexin ekstraktının quru qovulması nəticəsində alınmışdı. 1880-ci ildə də C.M.Eder və B. Tot tərəfindən təklif edilmişdi.
Fiziki xassələri Fenol qoxusu olan ağ kristallar, işıqda və havada, qəhvəyi rəngə qədər qaralır. Suda yaxşı həll olunur(43 q 100 ml suda).
Alınması Halogen əvəz olunan fenolların qələvilərlə reaksiyası zamanı pirokatexinin natrium duzu alınır və sonra sulfat turşusuyla turşulaşdırdıqda pirokatexin alınır.
Kimyəvi xassələri Pirokatexinin kimyəvi xassələri fenolların xassələrinə malikdir. Ftal anhidridi ilə reaksiya zamanı alizarin və qistazarin əmələ gəlir.
300 px|Electrochemical interconversion of 1,2-benzoquinone and catechol
Xlorsirkə turşusunun xloranhidridi ilə katalizator POCl3 və ya AlCl3 iştiraki ilə adrenalon(V) sonra isə adrenalin (VI) alınır.
Toksikliyi Pirokatexin alerqik reaksiya verə bilər və eyni zamanda mutagen və kanserogen xüsusiyyətlərə malikdir. Dərinin şiddətli qıcıqlanmasına və dermatitə səbəb olur.
Tətbiqi
Pirokatexin dərman preparatların istehsalında(məs.adrenalinin), şəkil çəkmə prosesində fotoreagent kimi, xəzlərin rənglənməsində istifadə olunur.
Mənbə Харлампович Г. Д., Чуркин Ю. В. Фенолы. М., 1974; Общая органическая химия. M., 1982. Т. 2. Гауптман 3., Грефе Ю., Ремане X., Органическая химия, пер. с нем., М., 1979
Kateqoriya:Dihidroksibenzollar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri