Matey Tot (; ) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016).
Nailiyyətləri 2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu.
2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu. Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər. Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur.
2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir. 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında yüngül atletlər