Təntənəli 1812-ci il uvertürası, op 49 () — rus bəstəkar Pyotr Çaykovski tərəfindən 1812-ci il Fransa-Rusiya müharibəsində Napoleon Bonapartın Böyük Ordusunun məğlub edilməsinə həsr olunmuş və daha çox 1812-ci il uvertürası kimi tanınan konsert uvertürasıdır.

Uvertüranın premyerası 20 avqust 1882-ci ildə Moskvada baş tutmuşdur. Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur.Felsenfeld, Daniel. Tchaikovsky: A Listener's Guide , p. 54. Amadeus Press, 2006. Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir. Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.

15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayiət etmək üçün ifa edilir. “Şelkunçik”, “Yatmış gözəl” və “Qu gölü” balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir. davay

Yazılma tarixi Tarixi-siyasi fon: I Napoleonun Rusiyaya hücumu

250px|thumb|left|Fransız ordusunun Rusiyadan çəkilməsini göstərən rəsm əsəri, rəssam: İllarion Pryanişnikov, 1874 7 sentyabr 1812-ci ildə Moskvadan 120 km cənubda yerləşən Borodino ərazisində I Napoleonun ordusu ilə Mixail Kutuzovun rəhbərlik etdiyi Rusiya ordusu qarşılaşır. Borodino döyüşü 100.000-dən çox insanın ölümü ilə nəticələnir və sahə döyüşlərində təcrübəli olan fransızlar qalib gəlirlər. Lakin, bu qələbə Pirr qələbəsi olur.

Ehtiyyatları tükənmək üzrə olan fransızlar Moskvaya doğru irəliləyirlər və kiçik müqaviməti qıran Napoleon şəhəri ələ keçirir. Çar I Aleksandrın təslim olacağını gözləyən fransızlar Moskavnı ələ keçirdikdən sonra tamamilə boşaldılmış və böyük bir hissəsi hərbiçilər tərəfindən yandırılmış xarabalıqla qarşılaşırlar.

Qış ehtiyyatı olmayan Napoleon geri çəkilməyə məcbur olur. 19 oktyabrdan dekabra qədər davam edən bu çəkilmə zamanı fransızlar bir neçə problemlə üzləşməli olurlar: aclıq, tif, soyuq, kazakların müntəzəm hücumları və ordunun ölkədən çıxmasına mane olmağa çalışan rus ordusu. Noyabrda Napoleon ordunu tərk edir və onun Böyük Ordusu Polşa ərazisində təhlükəsiz yerə çatdıqda on dəfə kiçilmiş vəziyyətdə olur.

Əsərin sifariş edilməsi 200px|thumb|right|Uvertüranın premyerası 1882-ci ildə Xilaskar Məsih kafedralının həyətində baş tutur. Rusiya qələbəsinin əbədiləşdirilməsi üçün Çar I Aleksandr tərəfindən inşası sifariş edilmiş Xilaskar Məsih kafedralının inşası 1880-ci ildə yekunlaşmaq üzərə idi; 1881-ci ildə isə Çar II Aleksandrın tacqoymasının 25 illik yubileyi qeyd olunmalı idi; həmçinin 1882-ci ildə Moskvada Ümumrusiya bədii-sənaye sərgisinin keçirilməsi planlaşdırılırdı. Çaykovskinin yaxın dostu və müəllimi olan Nikolay Rubinşteyn ona təntənəli mərasimlərdə ifa etmək üçün musiqili pyes yazmağı təklif edir. 12 oktyabr 1880-ci ildə Çaykovski əsər üzərində çalışmağa başlayır və altı həftə sonra işi tamamlayır.

Təşkilatçılar premyeranın kilsə qarşısındakı meydanda keçirilməsini, orkestrın hərbi musiqiçilər dəstəsi tərəfindən dəstəklənməsini, Xilaskar Məsih kafedralının zəngləri ilə yanaşı ətrafdakı kilsələrin də zənglərinin istifadə edilməsi və notlarda yazıldığı kimi toplardan atəş açılmasını planlaşdırırdılar. Lakin, bu plan baş tutmur. Çakin, Çar II Aleksandrın martda öldürülməsi layihəyə marağı artırır. 1882-ci ildə təşkil edilmiş Ümumrusiya bədii-sənaye sərgisi zamanı uvertüra tikintisi davam edən kilsənin yanında qurulmuş çadırda təqdim edilir. 26 may 1883-cü ildə isə kilsənin inşası tamamlanır.

Buna baxmayaraq, Çaykovski himayədarı Nadejda fon Mekkə şikayətlənərək yazır ki, “festival əsərlərinin dirijoru deyil” və Uvertüra “yüksək səsli olsa da, yazdığım digər işlərlə müqayisədə bədii dəyəri daha aşağıdır, çünki mən onu həvəssiz və sevgisiz yazmışam”. Çaykovskinin əsərin yazılmasına cəmi 6 həftə sərf etməsinə baxmayaraq, uvertüra bəstəkarın kataloqundakı işlər arasında ən çox ifa edilənlərdən biri olmaqla, onun mülkiyyətini zənginləşdirməyə davam edən azsaylı əsərlərdən biri olaraq qalmaqdadır.

Rusiyada kommunizm dövründə əsərin Çar himni melodiyası Mixail Qlinkanın “Çar uğrunda həyat” operasının finalından olan “Yaşa, yaşa, müqəddəs Rus!” () melodiyası ilə əvəz eidlir. SSRİ-nin süqutundan sonra əsərin original notları bərpa edilir.

Digər kontekstlərə uğunlaşdırılması

Sonradan ilhamlandırıcı patriotik himn kimi uvertüra digər kontekstlərə uyğunlaşdırılmış və rus qələbəsindən daha çox başqa mövzularla əlaqələndirilmişdir. ABŞ-da “1812-ci il uvertürası” 4 iyul 1974-cü ildə Boston Pops orkestrı tərəfindən Artur Fidlerin seçimi əsasında Müstəqillik günündə ifa edildikdən sonra geniş məşhurluq qazanmışdır.

Böyük Britaniya bəstəkarı Malkolm Arnold özünün “A Grand, Grand Overture” adlı əsərini uvertüraya parodiya kimi yazmış və ABŞ prezidenti Herbert Huverə həsr etmişdir.

İnstrumentasiya

“1812-ci il uvertürası” aşağıdakı heyətdən ibarət orkestrla ifa olunmaq üçün yazılmışdır::

Nəfəsli alətlər dəstəsi: Bu hissədə “Açıq” saxlanılmış instrumentasiyanın “istənilən mis nəfəsli alətlə” tamamlana biləcəyi qeyd edilir. Qapalı məkanlarda ifa zamanı bu hissənin ifasının orqana həvalə edilməsi də mümkündür. Hissənin hərbi və ya mars musiqi dəstələri tərəfindən ifası da mümkündür. Qeyd: nəfəsli alətlər dəstəsi və ya onu əvəz edən alətlər yalnız finalda istifadə edilir. Taxta nəfəsli alətlər: 1 fleyta-pikkolo, 2 fleyta, 2 qoboy, 1 ingilis qoboyu, 2 soprano klarnet və 2 faqot Metal nəfəsli alətlər: 4 F valtorn, 2 B♭ kornet, 2 E♭ truba, 3 trombon (2 tenor, 1 bass) və 1 tuba Zərb alətləri: litavr, böyük bass orkestr barabanı, kiçik baraban, boşqab, buben, üçbucaq, karillon Simli alətlər: I & II skripka, alt, violonçel, kontrabas Artilleriya: bir döyüş topu batareyası və ya mərasim sahə artilleriyası Karillon bəzən boru formalı zənglərlər, carillon ifasının səsyazması ilə və hətta kilsə zəngləri ilə də əvəz edilir. Döyüş topu atəşi səsinin olduğu hissələr bəzən top atəşi səsyazması ilə, bəzən isə Qustav Malerin “Altıncı simfoniya”sında olduğu kimi taxta və ya metal çəkic zərbəsinin səsi ilə əvəz edilir. Qapalı məkanlarda ifa zamanı top atəşi səsini əvəzləmək üçün bass baraban və ya qonq/tam-tam səsindən də istifadə olunur.

Musiqi xüsusiyyətləri

Strukturu

Əsər Pravoslav kilsəsinə məxsus “Müqəddəs xaç troparı” (həmçinin “İlahi, öz xalqını xilas et” adıyla tanınır) adlı həzin rus melodiyasının violonçel və iki alt vasitəsiylə ifası ilə başlayır. | Bu hissə işğalın qısa zamanda bitməsi üçün dua edən rus xalqını təmsil edir. Daha sonra fransız ordusunun hücumunu göstərmək üçün Fransanın dövlət himni olan “Marselyeza” səslənir. Fransızların getdikcə Moskvaya yaxınlaşmalarını göstərən hissə “Marselyeza” və rus xalq musiqisinin rəqabəti şəklində səslənir və iki ordunun döyüşməsini göstərir. Bu hissədə toplardan beş dəfə atəş açılır və bu atəşlər Borodino döyüşünü göstərir. Bu hissədə “Marselyeza”nın melodiyası daha qabarıqlaşır və rus xalq musiqisini batırır.

Bundan sonra gələn uzun eniş fransızların Moskvadan geri çəkilməsini təmsil edir. Bu hissənin sonunda əsərin başlanğıcında istifadə edilən himn melodiyası sələnir. Bunu duaya cavab kimi qiymətləndirmək olar. Uvertüranın finalında on bir top atəşi açılır və “Tanrı çarı qorusun!” melodiyası səslənir.

Milli motivlərin anaxronizmi

Uvertürada “Marselyeza” Fransa dövlət himni kimi istifadə edilsə də, 1795-ci ildə o, Napoleon Bonapart tərəfindən qadağan edilmiş və 1805-ci ildə başlayan Rusiya hücumu zamanı istifadə edilməmişdir. Əsər Fransa dövlət himni kimi 1879-cu ildə - uvertüranın sifarişindən bir il əvvək bərpa edilmişdir ki, bu da onun Çaykovski tərəfindən nəyə görə istifadə edilməsini izah edə bilər.Ross, Stewart (2002). The French Revolution Events and outcomes. Evans Brothers, p. 69. . I Napoleon rejiminin qeyri-rəsmi himni olmuş “Veillons au salut de l'Empire” mahnısı 1882-ci ilə kimi unudulmuş, “Marselyeza”nın əhəmiyyəti isə rus zadəganları arasında bilinən idi.

Çaykovskinin dövründə Rusiyanın dövlət himni “Tanrı çarı qorusun!” olsa da, 1812-ci ildə bu əsər hələ yazılmamışdı. 1815-ci ilə kimi Rusiyanın dövlət himni olmamış, həmin tarixdən 1833-cü ilə kimi isə himn, “Tanrı kraliçanı qorusun!” melodiyası ilə oxunan “Rusların duası” () olmuşdur.

Mövzular

Əsərdə “İlahi, öz xalqını xilas et” melodiyası ordunun işğalından azad olmaq haqqında duanı ifadə edir.

Həmin himnin bir hissəsi “Bütün pravoslav xristianlara düşmənləri üzərində qələbə bəxş et” kimi tərcümə olunur. Bu himni əsərə əlavə etməklə Çaykovski Tanrının pravoslav ruslara fransızlar üzərində qələbə bəxş etdiyini göstərir. Sonradan “Marselyeza” melodiyasının güclü səslənməsi rusların sanki məğlub olduqlarını göstərir. Daha sonra “İlahi, öz xalqını xilas et” və “Tanrı çarı qorusun!” melodiyalarının birlikdə səslənməsi “Marselyeza”nın melodiyasını əvəz edir və bu zaman fonda zınqırovlar səslənir. Bu zınqırovlar Moskva kilsələrinin zənglərinə işarə edir. Əsərdə zənglərin istifadə edilməsi mühüm əhəmiyyət daşıyır, belə ki, pravoslav inancında kilsə zəngləri İlahi səsi kimi qəbul olunur.

İfa praktikası

Canlı ifa zamanı müasir dövrdə yaxşı öyrədilmiş hərbi personal və müasir döyüş topları istifadə edilir. 1800-cü illərdə istifadə edilən topların isə iki dəqiqə ara ilə on altı atışı dəqiqliklə həyata keçirməsi mümkün deyildi.

Səsyazma tarixi

Əsərin məlum olan ilk orkestr səsyazması Kral Albert Holl tərəfindən Lendon Ronaldın dirijorluğu ilə top atəşləri və zınqırovlar xaric heç bir zərb alətinin iştirakı olmadan yazılmış və 1916-cı ildə “His Master’s Voice” tərəfindən 12 düymlük plastində satışa çıxarılmışdır. Kral Opera Orkestrı tərəfindən təxminən həmin dövrdə edilmiş səsyazmasında da atəş açılmamışdır.

Antal Doratinin dirijorluğu ilə 1954-cü ildə Minneapolis Simfonik Orkestrı ilə Vest-Pointdə yazılmış və Mercury Records tərəfindən yayımlanmış səsyazmasında Nyu Heyvendəki Yel Memorial Karillonundan və ABŞ-dəki yeganə Napoleon dövrü qoşa atan fransız topundan istifadə edilmişdir. İlk yayım zamanı valın bir tərəfində uvertüra, digər tərəfində isə Dims Teylorun top və zınqırov səslərinin istifadəsi haqqında mətni oxuması səslənirdi. Sonrakı yayımlanmalarda valın bir tərəfində uvertüra və Dims Teylorun mətni, digər tərəfində isə Çaykovskinin “İtalyan kapriççiosu” səsləndirilmişdir. 5 aprel 1958-ci ildə stereofonik səsyazma zamanı Riversayd kilsəsindəki Lora Spelman Rokfeller Memorial Karillonundan istifadə olunmuşdur. Bu yayımlanmada da Çaykovskinin “1812-ci il uvertürası” və “İtalyan kapriççosu” birləşdirilmiş, qeydlər isə yenidən Dims Teylor tərəfindən səsləndirilmişdir. Sonrakı yayımlanmalar zamanı “1812-ci il uvertürası” və Bethovenin “Vellinqtonun qələbəsi”nin London Simfonik Orkestrı və topların iştirakı ilə yazılmış səsyazması bir valda birləşdirilmişdir.

Kennet Olvinin “Decca” üçün yazılmış ilk səsyazmasında top atəşi yerinə yavaşladılmış odlu silah atəşindən istifafə olunmuşdur. 1963-cü ildə Robert Şarplz və London Festival Orkestrının ifasında yayımlanmış səsyazması sonradan “Decca” tərəfindən kvadrofon səsə uyğunlaşdırılmışdır.

“Black Dyke Band” əsərin nəfəsli alətlər orkestrı üçün uyğunlaşdırılmış variantının səsyazmasını həyata keçirmişdir. Qrupun “Symphonic Brass” albomuna daxil olan bu səsyazmasında original notlarda olduğu kimi top atəşlərindən istifadə edilmişdir.

1967-ci ildə “Deutsche Grammophon” üçün Herbert fon Karayanın drijorluğu, Berlin Filarmoniya Orkestrı və Don Kazakları Xorunun ifasında uvertüranın səsyazması həyata keçirilmişdir.