Karlos Kruz-Diez () — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri.

Həyatı Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb.

Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib.

27 iyul 2019-cu ildə Parisdə vəfat edib.

İstinadlar

Kateqoriya:Fransa uzunömürlüləri Kateqoriya:Karakasda doğulanlar