Kaali () və ya Kaalinyarvi () — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdırBianca Mikovitš. Teadlaste töö tulemus Kaali kraatri vanuse määramisel ühtib vana regilauluga Maaleht, January 26, 2016. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur.
Ümumi məlumat thumb|Krater kənarında olan dolomit daşlar Krater Kuressaare şəhərindən 18 km məsafədə, Kaali kəndi yaxınlığındakı meşədədir. Hündürlüyü 16–22 metr, diametri 110 metr olan kraterin kənarları böyük (4–7 m) dolomit bloklarlarla əhatələnib. Yaxınlıqda diametri 15 ilə 40 metr arasında olan səkkiz daha kiçik krater var.
Yerli əhali arasında kraterin yaranması ilə bağlı etioloji məlumatlar mövcuddur. XVIII-XIX əsrlərdə kraterin vulkan püskürməsi nəticəsində yaraması haqqında fikirlər mövcud idi. Digər ehtimala görə krater karst prosesi nəticəsində formalaşmışdır.
1937-ci ildə geoloq I. Reinvald tərəfindən kraterdən parçalanmış ağac və meteorit parçaları aşkar edildi. Meteorit 8,3 % nikeldən ibarət idi. Bu göstərici artıq əraziyə dəmir meteoritin düşməsini sübut edirdi.
Sonrakı illərdə kraterdə geniş araşdırma işləri aparıldı. Müəyyənləşdirildi ki, kütləsi 400 ilə 10.000 ton arasında olan bir meteorit şimali-şərqdən 15–45 km/s sürətlə yer atmosferinə daxil olmuş və atmosfer sürtünməsi nəticəsində kütləsini itirərək 5–10 km yüksəklikdə bir neçə yerə parçalanmışdır. Kütləsi 20–80 ton arasında olan ən böyük fraqment 10–20 km/s sürətlə yer səthinə çırpılmış və ən böyük krateri əmələ gətirmişdir. Digər səkkiz parça daha kiçik kraterlər formalaşdırmışdır.
Zərbə zamanı 80 TC (20 kiloton trotilə ekvivalent) enerji ayrılmışdır. Bu Hiroşimoya atılan bombaya bərabər idi. 6 km-lik radiusda olan meşə örtüyü yanmışdır.
4227 Каали asteroidi kraterin adı ilə adlandırılmışdır. Krater Estoniyanın qorunan təbiət abidəsi hesab olunur. Kaali gölünün səviyyəsi mövsümdən asılı olaraq dəyişir. Yaz aylarında göl çevrəsinin uzunluğu 60 metrə çatır. thumb|center|700px|Kraterin panoraması
Həmçinin bax Zərbə krateri Krater gölü
Xarici keçidlər Описание кратера на Earth Impact Database Kraterin fotoları
İstinadlar Kateqoriya:Estoniya gölləri Kateqoriya:Krater gölləri Kateqoriya:Müqəddəs göllər Kateqoriya:Holosen Kateqoriya:Meteoritlər Kateqoriya:E.ə. II minillik