Respublika meydanı () — Ermənistanın paytaxtı İrəvanın mərkəzi meydanı.

Meydan iki hissədən ibarətdir - dairəvi hərəkət və musiqili fontanların olduğu trapezvari hissələr.

Meydan fərqli erməni motivləri ilə zəngin olan neoklassik üslubda çəhrayı və ağ rəngli tufla üzlənmiş beş əsas bina ilə əhatə olunmuşdur. Bu memarlıq ansamblına daxildir: Ermənistanın Hökumət binası, Ermənistan Tarix Muzeyi və Milli Qalereya, Marriott Otel, Mərkəzi Poçt Binası və Xarici İşlər, Nəqliyyat və Rabitə Nazirliyi. Meydan təxminən 30.000 kvadrat metr sahəni əhatə edir.

Tiqran Mets prospekti, Nalbandyan küçəsi, Abovyan küçəsi, Amiryan küçəsi, Vazgen Sarkisyan küçəsi meydanı birləşdirir.

Meydanın dizaynını 1924-cü ildə Alexander Tamanyan tamamlamışdır. Binaların əksəriyyəti 1950-ci ildə tamamlanır. Sonuncu binanın inşası (Milli Qalereya) 1977-ci ildə bitir.

Sovet dövründə meydan Leninin adını daşıyır. Mərkəzində Leninin heykəli qoyulmuşdu və meydanda ildə iki dəfə (əvvəlcə üç dəfə) hərbi paradlar keçirilmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra Leninin heykəli sökülmüş və meydanın adı dəyişdirilmişdir.

Respublika meydanı "şəhərin və Ermənistanın ən vacib sivil məkanı", İrəvanın "memarlıq irsi" və "İrəvanın ən görkəmli memarlıq ansamblı" kimi təsvir edilmişdir. Yazıçı və səyyah Deerdr Holdinq Respublika meydanını "XX əsrdə dünyada qurulmuş ən yaxşı mərkəzi meydanlardan biri" adlandırmışdır Arxitekturası Meydan iki hissədən ibarətdir. Birincisində mərkəzdə daş naxışlı dairəvi bir küçə var. İkincisi Ermənistan Milli Tarix Muzeyi və Milli Qalereya ilə üzbəüz, trapeziyavari bir formaya malikdir. Bu hissədə musiqili fontanlar qurulmuşdur. Meydanın ətrafındakı binalar çəhrayı və ağ tüfla üzlənmişdir, alt hissəsi isə bazaltdan hazırlanmışdır. Tarixi İrəvanda uzun əsrlər boyu müxtəlif nisbətdə bir şəhər meydanı mövcud olmuşdur. 2003-cü ildə meydanda geniş qazıntı və yenidənqurma işləri aparılmış və 18-19-cu əsrlərə aid köhnə səviyyə aşkar edilmişdir.

Sovetdən əvvəlki dövrdə meydan 1906-11-ci illərdə Boris Mehrabyan tərəfindən İrəvanın baş planının bir hissəsi olaraq hazırlanmışdır. Meydanın müasir mənzərəsi 1924-cü ildə şəhərin baş memarı Aleksandr Tamanyan tərəfindən tərtib edilmişdir. Meydanın inşası 1926-cı ildə Hökumət binası ilə başlanır. Layihə 1950-ci illərə qədər, beş binanın hamısı dizayn edildikdə və 1977-ci ildə Milli Qalereya inşa edildikdə tamamlanır. Sovet dövründə meydan Sovet Lideri Vladimir Leninin şərəfinə Leninin meydanı adını daşıyırdı. Leninin heykəli 1940-cı ildə meydanda qoyulmuş və 1991-ci ildə Ermənistanın müstəqilliyi ərəfəsində sökülmüşdür. Görməli yerləri

Binalar BinaTarixHökumət binası № 1225x225pxBina Ermənistan hökumətinə (nazirlər kabineti və icra hakimiyyətinin natamam tərkibi) aiddir. Sovet dövründə Sovet Ermənistanının icra orqanı olan Xalq Komissarlığı burada yerləşirdi. Şimal-qərb hissəsi 1926-29-cu illərdə Aleksandr Tamanyanın dizaynına əsasən inşa edilmişdir. 1938-ci ildə oğlu Qevorq Tamanyan binanın qalan hissəsinin inşasını öz üzərinə götürdü. Bina 1941-ci ildə tamamlanıb.Ermənistan Milli Tarix Muzeyi və Ermənistan Milli Rəsm Qalereyası225x225pxErmənistan Milli Tarix Muzeyi və Ermənistan Milli Rəsm Qalereyası

Tikinti 1950-ci illərdə başlamış və 1977-ci ildə Milli Qalereyanın tamamlanması ilə başa çatmışdır. Bina Mark Qriqoryan və Eduard Sarapyan tərəfindən tərtib edilmişdir. Tikilinin kiçik bir hissəsi, Arno Babacanyan Konsert Salonu 1916-cı ildə inşa edilmişdir.Marriott oteli 225x225pxBina 1958-ci ildə Mark Qriqoryan və Eduard Sarapyanın layihəsinə əsasən inşa edilmişdir. Sovet dövründə Ermənistan oteli olraq adlanırdı. Lüks otel, Ermənistandakı otellər arasında liderdir. 380 otaqdan ibarətdir.Hökumət binası № 2225x225pxBina 1955-ci ilə Samvel Safaryan, Rafael İsraelyan və Varazdat Arevşatyanın dizaynına əsasən inşa edilmişdir. Birinci mərtəbənin pəncərələrinin üstündəki friz yarımçıqdır. 1996-cı ildən 2016-cı ilə qədər bina xarici işlər nazirliyinə aid idi. Mərkəzi Poçt Binası 225x225pxBinanın inşası Mark Qriqoryan və Eduard Sarapyanın layihəsinə görə 1933-cü ildən 1956-cı ilə qədər aparılmışdır. 2016-cı ilə qədər binada Nəqliyyat və Rabitə Nazirliyi yerləşirdi. Mühüm hadisələr 1968-ci ildə Respublika Meydanında İrəvanın 2750 illik yubileyini təntənəli şəkildə qeyd edilir.

25 iyun 2016-cı ildə Papa Fransisk və II Qaregin Respublika meydanında ekumenik bir dua etdi. Təxminən 50.000 insan duaya qoşuldu.

İstinadlar

Kateqoriya:Milli meydanlar Kateqoriya:İrəvan tikililəri Kateqoriya:Ermənistan Sovet Sosialist Respublikası