Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi.İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013 thumb|Həbib xan at belində|right

Həyatı Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi.

Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.

O, 1956-cı ildə Bakıda vəfat edib.

Ailəsi Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.

Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.

Barat Şəkinskayanın atasıdır.

İstinadlar

Həmçinin bax Süleyman xan Şəkinski Barat Şəkinskaya

Xarici keçidlər

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1880-ci ildə doğulanlar Kateqoriya:1956-cı ildə vəfat edənlər Kateqoriya:Zəngəzur qəzasının rəisləri Kateqoriya:Şuşa real məktəbinin məzunları Kateqoriya:Şəkinskilər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin polisləri Kateqoriya:Bakıda vəfat edənlər