Parizio villası — Maltanın Lija şəhərində villa. 16-cı əsrdə Muskati ailəsi tərəfindən inşa edilmişdir. Hal-hazırda bu Striklend Vəqfinin iqamətgahı və eyni zamanda Robert Hornyold-Striklendin və ailəsinin evidir. Meybl Striklend Parizio villasını 1943-cü ildə satın almışdır.
Tarixi Parizo villasının 16-cı əsrdə Muskati ailəsinin yay malikanəsi olaraq inşa edildiyi güman edilir. Binaya aid ən erkən qeydlər 1567-ci ilə aiddir. 1797-ci ildə villa Paolo Parizio Muskati tərəfindən miras alındı və 1841-ci ildə ölümündən sonra həyat yoldaşı Antonia Muskati Xaraya verildi. Villa 1938-ci ildə Lord Striklendin həyat yoldaşı Leydi Marqaret Striklaed tərəfindən satın alındı.
Villa 1943-cü ildə, 1988-ci ildə ölümünə qədər orada yaşayan Meybl Striklend tərəfindən satın alınmışdır. Hal-hazırda 1979-cu ildə Mebl tərəfindən qurulan bir quruluş olan Striklend Vəqfinin mülküdür.
Villanın mülkiyyəti hazırda Striklend Vəqfi və Meybl Striklendin yeganə varisi olan Robert Hornyold-Striklend arasında mübahisəlidir.
Villanın portağal və zeytun ağaclarından ibarət öz bağçaları var.
İstinadlar
Kateqoriya:XVI əsrdə tamamlanmış tikililər