Nahidə Babaşlı () — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayır.
Həyatı və fəaliyyəti 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.
Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı.
O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir. Belə ki, oxuduğu mahnılar əsasən müəllif hüquqları səbəbiylə yerləşdirdiyi platformlardan silinirdi.
Öz kanalında paylaşdığı Üzüm, Anla, Bir sözüm var, Dido, Gözlərimi bağlasam, Dəli olanlar, Sən məndən ayrıldın, Gəzi bağları, Gönlümdən vaz keç, Özünə fikir ver, Gözlərimdəki an, Zifiri mahnıları, musiqi həvəskarlarından milyonlarla bəyənmə və müsbət şərh aldı.
2014-cü ildə həyatını itirən Murat Göyəbaxanın "Ay Üzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində 1.920.581 izlənmə almışdır. Babaşlının ifası Türkiyə Kütləvi İnformasiya Vasitələrində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.
Elnarə Abdullayevanın qardaşı qızıdır.
Diskoqrafiya Qeyd: Cədvəldə Nahidə Babaşlının ifa etdiyi musiqi siyahısı yer almaqdadır. Albom sırasında ad yoxdursa, o mahnı Sinqldır. Paylaşıldığı İl Musiqi Adı Albom Adı 25.04.2018 Ay Yüzlüm 06.01.2019 Triyakiyim Yarım Söz 01.03.2019 Yarım Söz Yarım Söz 20.03.2019 Ansızın Yarım Söz 15.11.2019 Benim Hikayem 18.02.2021 Nası Seviyo 13.08.2021 Şaheser 30.11.2021 Çemberimde Gül Oya Yarım Söz 30.11.2021 Sendeyim Yarım Söz 30.11.2021 Dam Üstüne Çul Serer Yarım Söz 25.12.2021 Sen İstnabul'sun 07.01.2022 Unuttun mu Beni? 21.02.2022 Silemem 15.04.2022 Nasıl Seveceğim? 04.05.2022 Yorgun Biri 13.05.2022 Akşam Olur Karanlığa Kalırsın 14.05.2022 Buralardan Geçmez 20.05.2022 Kararsızım 22.07.2022 Canım Acıyor 01.10.2022 Kasım 11.10.2022 Sen 25.10.2022 Yağmur 08.12.2022 Unuttun mu Beni? 27.01.2023 Ayrılık Vakti 10.03.2023 Sen Ciddisin 28.03.2023 Günahsızım
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın pop müğənniləri Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Türkiyə musiqiçiləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri