Vaşinqton abidəsi — dünyanın ən yüksək obeliskidir. Uzunluğu 169.35 metrdir. ABŞ-nin Vaşinqton şəhərində yerləşərək şəhərin ən vacib simvollarından birinə çevrilmişdir. Bu abidə ölkənin qurucusu Corc Vaşinqtonun xatirəsinə inşa edilmişdir.

Abidə, Misir obeliskinə oxşar şəkildə 1840-cı illərdə Robert Mills adlı bir memar tərəfindən tərtib edilmişdir, inşasına 1844-ci ildə başlanmışdır; 6 ildən sonra inşası dayandırılmış və uzun bir fasilədən sonra inşası 1885 ildə başa çatmış və rəsmi açılışı 9 oktyabr 1888-ci ildə baş tutmuşdur.

Mərmərdən hazırlanmış obelisk, tamamlandığı zaman dünyanın ən yüksək tikilis idi. O, bu adı Köln kafedralından götürmüş və 1889-cu ildə Eyfel qülləsi tikilənə qədər daşımışdır.

Abidənin inşası zamanı hər bir dövlətdən və dünyanın müxtəlif yerlərindən 193 xatirə daşları daxili divarlara qoyulmuşdur. Abidədə 1854-cü ildə ABŞ və Osmanlı dövlətlərinin dostluğunun rəmzi olaraq qoyulmuş bir Osmanlı dilində kitabə də mövcuddur; Üzərində Zivər Əfəndinin bir beyti yazılmışdır.

thumb|200px|ABŞ-nin ilk prezidenti Corc Vaşinqton ın xatirəsinə ucaldılmış Vaşinqton abidəsi (169.35 metr, Vaşinqton şəhəri, ABŞ)

İstinadlar

Xarici keçidlər

Official NPS website: Washington Monument

Harper's Weekly cartoon, February 21, 1885, the day of formal dedication Today in HistoryDecember 6

Prehistory on the Mall at the Washington Monument

Kateqoriya:Robert Mills tərəfindən tikilmiş binalar Kateqoriya:ABŞ qüllələri Kateqoriya:ABŞ obeliskləri Kateqoriya:Vaşinqton tikililəri Kateqoriya:Corc Vaşinqton Kateqoriya:ABŞ-nin milli memorialları Kateqoriya:Milli Mall və Memorial Parklar Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları