Albaniya Elmlər Akademiyası ( ) — 1972-ci ildə qurulmuşdur və Albaniyanın ən vacib elmi qurumudur. 1980-ci illərdə Tirana Universitetində başlayan bir neçə tədqiqat institutu Akademiyanın yurisdiksiyasına verildi. Qurumun tərkibində Albaniyadakı və xaricdəki araşdırma mərkəzləri və digər təşkilatlarla əlaqəli olan "akademiklər" adlandırılan ən görkəmli elm adamları da var. 2009-cu ilə olan məlumata əsasən Akademiyanın 23 daimi üzvü, 10 əlaqəli üzvü, 1 uzunmüddətli üzvü və 26 hörmətli üzvü var.
Akademiya 1994-cü ildə Yeni Delhi Əhali Sammitində yaradılan Sammit Bəyanatını imzalamaqla təsdiqlənmiş dünyanın bir çox elmi akademiyalarından biri idi.
Təşkilat Akademiya iki hissədən ibarətdir:
İctimai Elmlər və Albanoloji Bölməsi; Təbiət və Texniki Elmlər Bölməsi;
Buraya həmçinin aşağıdakı bölmələr də daxildir:
Texnoloji və İnnovasiya İnkişafı Layihələri; Xarici və İctimaiyyətlə əlaqələr şöbəsi; Kitabxana; Nəşriyyat evi;
Albaniya Elmlər Akademiyası ölkənin ən böyük akademik kitabxanasına malikdir. 1975-ci ildə 10.000 cilddən başlayaraq 1986-cı ilə qədər buaray 812.000 cild daxil edilmişdir.
2008-ci ildə akademiyanın əksər tədqiqat funksiyalarının maliyyələşdirilməsi geri alındı, həmin tədqiqat funksiyaları sonradan universitetlərə və tədqiqat mərkəzlərinə verildi. Akademiyadan ayrılmış dörd tədqiqat institutu Albanoloji Tədqiqatlar Mərkəzini yaratdı.
İstinadlar
Kateqoriya:Milli dil institutları Kateqoriya:Albaniyada elm və texnologiya Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Albaniya Elmlər Akademiyası