İrek Haydaroviç Zinnurov () — Rusiya idmançısı və siyasətçisi. Su polosu üzrə ikiqat Olimpiya medalçısı (2000, 2004). Dünya və Avropa çempionatlarının mükafatçısı. Rusiyanın əməkdar idman ustası. VII çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı. MDB üzrə komitənin üzvü. «Vahid Rusiya» fraksiyasının üzvü .

Bioqrafiyası 8 nömrəli Kazan Uşaq-gənclər idman məktəbinin yetirməsidir. İrekin ilk məşqiçisi V. Qoryunov olmuşdur. Simferapol dövlət universitetini bitirmişdir (1992). 1994-cü ildən Volqoqrad şəhərinin «Lukoy-Spartak» klubunda oynamağa başladı. Bu klubda İrek 4 dəfə Rusiya çempionu oldu (1997, 1999, 2003, 2004). Altı dəfə isə Rusiya Kubokunu əldə etdmişdir (1998, 2000, 2001, 2002, 2003, 2004).

1995-ci ildən Rusiya millisində oynayıb. 2000 Sidney Olimpiadasının gümüş mükafatçısı (2000), 2004-cü ildə Afinada keçirilən Olimpiada oyunlarının bürünc mükafatçısı (2004), 1998-ci il Xoşməramlı oyunların qalibi (Nyu-York), 2001-ci il dünya çempionatının (Fukuoka) bürünc mükafatçısı, 2002-ci il Dünya Liqasının qalibi (Yunanıstan), 2002 Dünya Kubokunun qalibi (Belqrad), 1997-ci il Avropa çempionatının bürünc mükafatçısı (Sevilya).

2004-cü ildə «Sintez» komandasının (Kazan) kapitanı oldu. Bu komandanın tərkibində «Len Trophy» Kubokunu (2006-2007), Rusiya çempionatını (2007) və Rusiya kubokunu (2005) qazanmişdır.

2009-cu ildə bir idman karyerasının bitdiyini açıqladı. 2009-cu ildən 2010-cu ilə qədər «Оргсинтез» hovuzunun direktoru, 2010-cu ildən «Sintez» klubunun (Kazan) vitse-prezidenti, 2011-ci ilin yanvar ayından isə «Sintezin» baş məşqçisi olmuşdur.

2013-cü ildən - Tatarıstan Respublikası İctimai Palatasının üzvüdür. 2016-cı ildə Vahid Rusiya Partiyasından VII çağırış Dövlət Dumasının deputatı seçildi.

İstinadlar

Kateqoriya:Rusiya idmançıları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Olimpiya bürünc medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2004 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Su polosu üzrə olimpiya medalçıları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:Rusiyanın su poloçuları