BorsodChem (BorşodXem kimi tələffüz olunur), rəsmi adı Wanhua-BorsodChem — Kazintsbartsika şəhərində yerləşən Macarıstan kimya şirkəti.

Şirkət izotsianat, polivinil xlorid və vinil istehsalında ixtisaslaşmışdır. Əsas zavod Kazintsbartsika şəhərində yerləşir, eyni zamanda Ostrava (Çexiya) və Kendzejin-Kozle (Polşa) şəhərlərində də istehsalat aparılır. Macarıstan, Belçika, Çex Respublikası, Xorvatiya, İtaliya və Polşada filialları var. 2008-ci ildə Gödöllö şəhərində yeni texniki dəstək mərkəzi açıldı.

Tarixi BorsodChem-in ilkin tarixi 1949-cu ildə Macarıstanın şimalında yerləşən kimyəvi fabriklərini Borsodi Vegyi Kombinát müəssisəsi ilə birləşdirdikdən sonra başlayır, polivinil xlorid istehsalı isə 1963-cü ildə başlandı. 1991-ci ildə müəssisənin varisi olaraq BorsodChem şirkəti quruldu və Macarıstanda aparıcı kimyəvi şirkəti oldu.

2000-ci ildə Milford Holdings adlı İrlandiya ofşor şirkəti BorsodChem-in 24.7% payını aldı və onu Banca Commerciale Italiana-nın Macarıstan şöbəsinə satdı. Vienna Capital Partners bu sövdələşmədə iştirak etmişdir və Macarıstan Baş Naziri bu razılaşma ilə əlaqədar araşdırmanın aparılmasını tələb etmişdir. Şirkət 2007-ci ildə Permira tərəfindən satın alındıBorsodChem: Permira nimmt Rohstoffhersteller von der Börse ​​və sonra 2011-ci ildə Wanhua Industrial Group-a satıldıWanhua acquires full control of BorsodChem .

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı PU website PVC website Kazintsbartsika zavodunun saytı Çexiya zavodunun saytı Polşa zavodunun saytı Wanhua Group-un saytın