Seymur Vaqif oğlu Orucov () — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri.
Həyatı Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur.
2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
İctimai-siyasi fəaliyyəti 2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 21 may 2020-ci il tarixli sərəncamı ilə Ağstafa rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Təltifləri "Tərəqqi" medalı (2010) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2016) "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024)
İstinadlar
Xarici keçidlər Seymur Orucov XəbərAğstafanın 36 yaşlı yeni icra başçısı kimdir? Dosye Ağstafanın yeni icra başçısı kimdir? Dosye Кто он – новый глава ИВ Агстафинского района? Досье
Kateqoriya:Ağstafa Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri