Riçard Betell (; ) — Böyük Britaniya siyasətçisi, torilər (1830–1832), daha sonra Mühafizəkarlar Partiyası (1832–1841) üzvü, parlament üzvü (1830–1841).
Həyatı Riçard Betell 10 may 1772-ci ildə anadan olmuşdur.
O, 1822–1823-cü illərdə Yorkşirin ali şerifi olmuşdur.
Betell 1830-cu il ümumi seçkilərdə Yorkşiri təmsil edən dörd parlament üzvündən biri seçilmişdir. O, 1831-ci ildə namizədlik irəli sürməmiş, ancaq Yorkşir seçki dairəsi 1832-ci il islahat aktı çərçivəsində bölünəndə İst-Raydinqi təmsil edən iki parlament üzvündən biri seçilmişdir. Betell 1835 və 1837-ci illərdə yenidən seçilmiş, 1841-ci il ümumi seçkilərinə qədər vəzifədə qalmışdır.
Riçard Betell 25 dekabr 1864-cü ildə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Torilər Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Birləşmiş Krallıq parlament üzvləri