5 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 5 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 5 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. 19 iyun 2009-cu il tarixli 837-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Füzuli rayonunun 5 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 5 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Əhalisi Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
5 saylı Qayıdış qəsəbəsində 3 şəhid ailəsi, 17 Qarabağ müharibəsi əlili vardır. 2019-cu ilin iyun ayına olan məlumata görə qəsəbədə 922 nəfər yaşayır.
Poçt Mirzəcamallı Poçt Şöbəsi 5 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1928.
Təhsil 5 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "Qayıdış qəsəbə 5 № li tam orta məktəb" fəaliyyət göstərir.
Sosial infrastruktur Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
İstinadlar
Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul. — S. 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Kateqoriya:Füzuli rayonunun qəsəbələri