Pape Mamadou Mbodj () — mərkəz müdafiəçisi mövqeyində çıxış edən seneqallı futbolçu.

Klub karyerası Mbodj Seneqalın paytaxtı Dakar şəhərində anadan olub. 2014-cü ilə qədər ölkəsində Dakar Sakr klubunda çıxış edib. Dakar Sakrın heyətində çıxış edərkən 2013-cü ildə Fransızdilli ölkələr Oyunlarında iştirak üçün Seneqalın 20 yaşlılardan ibarət millisinə dəvət olundu və bu turnirin bürünc mükafatçısı oldu.

2014–15 mövsümündə Belqrad təmsilçisi Srvena Zvezdaya transfer olunsa da, həmin mövqedəki oyunçuların çoxluğu səbəbindən forma şansı tapmadı və digər serbiya klubu Napredaka icarəyə verildi. 4 oktyabr 2014-cü ildə Napredakın heyətində Serbiya Super Liqasında — Spartak Subotiçaya qarşı matçda debüt etdi.

2016–18-ci illər sezonunda Litvanın Jalgiris klubunda çıxış edən Mbodj, 8 dekabr 2018-ci ildən etibarən Bakının Neftçi klubunda çıxış edir.

Mbodj ölkəsinin 20 və 23 yaşlılardan ibarət milli yığma komandalarında çıxış edib.

Mükafatları

Klub Jalgiris Litva çempionatı: 2016 (çempion) Litva Kuboku: 2015–16 (çempion); 2016 (çempion) Litva Super Kuboku: 2016 (çempion); 2017 (çempion)

Neftçi Bakı Azərbaycan Premyer Liqası: 2018–19 (2-ci yer), 2019–20 (2-ci yer), 2020–2021 (çempion)

İstinadlar soccerway.com fkzalgiris.lt footballdatabase.eu transfermarkt.com lietuvosfutbolas.lt

Kateqoriya:Legioner Seneqal futbolçuları Kateqoriya:Seneqal futbolçuları Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Seneqalın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Serbiyada legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular