Vasif Süleyman (Süleymanov Vasif İsgəndər oğlu; ) — azərbaycanlı şair,Şeirlər — Vasif SÜLEYMAN publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1996).

Həyatı Vasif Süleyman 1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1991–1996).

1991–1993-cü illərdə "Azərbaycan dəmiryolçusu" qəzetin müxbiri, 1 may 1993-cü ildən 1 fevral 2010-cu ilə kimi "Azərbaycan dəmiryolçusu" qəzetin redaktor müavini, 19 aprel 2010-cu ildən 1 avqust 2023-cü ilə kimi "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru vəzifəsində çalışıb.

Hazırda "Azərbaycan Dəmir Yolları" QSC Yük Daşımaları Departamenti Birləşmiş Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsində çalışır.

"Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.

Yaradıcılığı Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri "Pioner" və "Ulduz" jurnallarında dərc edilib.

Şeirin təcnis, qoşma, gəraylı və s. janrlarında yazıb-yaradır.

Şeirləri Türkiyənin mətbu orqanlarında çap olunub, sözlərinə musiqi bəstələnib.

Kitabları "Sevgi atılandan sonra başlayır", Bakı, 1993 "Eşq ol, dərgahına səcdəyə gəlim", Bakı, 2003 "Bu, ömürdür mən dediyim, nağıl yox", Bakı, 2013.

Təltif və mükafatları Publisistika sahəsində uğurlu fəaliyyətinə görə "Qızıl qələm", eləcə də "Şahmar Əkbərzadə" mükafatları alıb.

6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə "Prezident təqaüdü"nə layiq görülüb.

Azərbaycan Respublikasının Fəxri dəmiryolçusudur.

2025-ci ildə "Ədəbi Asiya" – III Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin poeziya üzrə QRAN-PRİ nominasiyasına layiq görülüb.

2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları