Ellsuert Peyn Killip (; ) — Amerika botaniki.
Bioqrafiya Ellsuert Peyn Killip 2 sentyabr 1890-cı ildə Nyu-York ştatının Roçester şəhərində anadan olmuşdur. Roçester Universiteteini 1911-ci ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 1917-ci ilə qədər Roçester Elmlər Akademiyasında işləmişdir. 1918-ci ildən 1919-cu ilədək hərbi həkim olmuşdur və bu dövrdə Fəxri Legion Ordeninə layiq görülmüşdür.
Birinci Dünya müharibəsi bitdikdən sonra Elluest Peyn botanika sahəsində biliklərini artırmağa davam etmişdir və Smitsonian İnstitutunun botanika bölməsində çalışmışdır. 1946-cı ildə baş kurator təyin olunmuşdur. 1950-ci ildə təqaüdə çıxmışdır.
21 noyabr 1968-ci ildə Ellsuert Peyn Kaliforniya ştatının Redlends şəhərində vəfat etmişdir.
Killip paxlakimilər və Passifloraceae fəsiləsinə, eləcə də Bomareya cinsinə daxil olan bitkilər üzrə mütəxəssis olmuşdur. Killipin əsas herbariləri hazırda Vaşinqtonda Smitsonov İnstitutunda saxlanılır.
Bəzi elmi işləri Killip, E.P. (1936). Mimosaceae and Caesalpiniaceae of Columbia. Annals of the New York Academy of Sciences 35: 101—208. Killip, E.P. (1938). The American species of Passifloraceae. 613 p. Killip, E.P. (1939). The Andean species of Pilea. Contr. U.S. natl. Herb. 26(10): 475—530.
Killipin şərəfinə adlandırılmış cinslər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ botanikləri