Salavat Muxtar oğlu Qaysin (, ; ) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı.
Həyatı Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir.
1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir.
1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur.
1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi.
1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.
Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.
2011–2014-cü illərdə "Başinformsvyaz" ASC-nin İdarə Heyətinin sədri, "Rostelekom" ASC prezidentinin müşaviri olmuşdur.
Ailəlidir, bir oğlu var.
Mükafatları Salavat Yulaevin "Şərəf nişanı" "Şanlı əməyə görə" medalı Başqırdıstan Respublikasının əməkdar rabitəçisi, "Rabitə ustası" SSRİ-nin fəxri radioçusu, Rusiya Federasiyasının əməkdar rabitəçisi Başqırd Dövlət Universitetinin fəxri doktoru, Beynəlxalq Rabitə Keyfiyyəti Akademiyasının və Beynəlxalq Patronaj Akademiyasının həqiqi üzvü.
Nəşrləri Başqırdıstanın rabitə tarixinin xülasəsi" (Ufa, 1987) "Başqırdıstanda telekommunikasiya: teleqrafdan İnternetə" (Ufa, 2001). "Sözə sadiqlik" (Ufa, 2005) "Etiraf" (Ufa, 2006).
İstinadlar
Xarici keçidlər