Rəcəb İvedik 4 ()Rəcəb İvedik 4 filminin türkcə viki-səhifəsi — Rəcəb İvedik 3 filminin davam filmi. Rejissor və ssenari müəllifi Toqan Gökbakar, prodüseri isə Əmrah Çobandır. Şahan Gökbakar filmin baş rolunu canlandırır.

Mövzusu Recep İvedik, məhləsindəki uşaq futbol komandasına məşqçilik edir. Məşqlər üçün, özünün də uşaqlığından bəri futbol oynadığı, məhlənin boş olan tək ərazisini istifadə edir. Rəcəb, bu torpağın bir podratçıya satıldığını öyrənir. Məhlə və uşaqlar üçün çox dəyərli olan bu ərazini itirməmək üçün özü buranı almağı qərar verir. Tapdığı üsullarla (Qəhvə əhalisindən pul toplamaq, Bankdan Ehtiyac Krediti almağa cəhd etmək, Böyrəyini və digər orqanlarını satmağı cəhd etmək) ərazinin pulunu toplaya bilməyincə, çarəni böyük mükafatlı bir yarışmaya qatılmaqda tapan Rəcəbi maldiv adalarında çətin və gülməli bir macəra gözləyir.

Aktyorlar Aktyor Rol Şahan Gökbakar Rəcəb İvedik Əli İhsan Varol Əli İhsan Varol İrfan Kangı İrfan bəy (Sahibsiz ada aparıcısı) Cem Korkmaz Xəlil İbrahim Baris Bulut Taylan Ece İncebay Aslıxan Əkrəm Aral Tuna Arif Əziz Karakaya Apaçi Serkan Berna Üçkaleler Simgə Serkan Sağdıç Burak Caner Tanrıverdi Cenk Gülşah Yanaş Gaye Xəlil İbrahim Yılmaz Necati

Yaradıcı heyət Qurğu Erkan Özekan (Qurğu) Bədii Rəhbər Qrupu Tural Polat (Bədii Rəhbər), Gerard Simon (Görüntü Rejissoru) Rejissor Köməkçisi Müge Manuş Makiyaj və Geyim Komandası Ahsen Gülkaya (Makiyaj Rəssamı), Melis Atınç Gamsızoğlu (Kostyum Dizayneri) Səs Komandası Erkan Altınok (Səs Dizayneri), Mustafa Durma (Səs Quraşdırıcı), Ömer Özgür (Musiqiçi) İstehsal Qrupu Çamaşırhane (İstehsal), Kinostar (Beynəlxalq Distribütor/Satış), Tiglon (Türk Distribütor), Emrah Gamsızoğlu (İnzibati İstehsalçı)

İzlənmə Film 1 gündə 6 milyon 60 min 983 izləyici ilə rekord qırdı.

Gəlir Film 1 gündə 60.486.430,00 lirə gəlir əldə etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyədə çəkilən filmlər Kateqoriya:2010-cu illərin komediya filmləri Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:Togan Gökbakarın filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Recep İvedik Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2014-cü ilin Türkiyə filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər