Ankara şəhərlərarası avtobus terminalı () — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən avtobus terminalı. Davamlı dəyişikliklər və təmirə məruz qalan Türkiyənin ən böyük avtobus terminalı, 1995-ci ildən bəri minlərlə avtobus şirkətinə xidmət etmişdir. Terminaldan günlük avtobus səfərləri baş tutur. Ankarayın avtobus terminalı stansiyası da mövcuddur. Tarixçə 1 yanvar 1997-ci ilədək Ankara Böyükşəhər Bələdiyyəsi İş və Tərəfdaşlıqlar Baş Müdirliyinə bağlı qalmış, daha sonradan Bugsaş Müdirliyinə bağlanmışdır. Hal-hazırda da Bugsaş Müdirliyinin baş direktoru bu terminaldan məsuliyyət daşıyır. Utarit İzgi, Asım Mutlu, Əsat Suher, Yılmaz Zəngər, Ünal Dəmiraslan və Zühtü Müridoğlu ilə birlikdə memarlıq layihəsi hazırlanmışdır. Mübahisəli tətbiqlər Ankara Böyükşəhər Bələdiyyə Başçısı Terminalda özəl avtobusların istifadəsini qadağan etmiş, böyük mübahisəyə səbəb olmuşdur. Lakin, sonradan bu qanunun icrası dayandırılmışdır. İstinadlar
Həmçinin bax
Kateqoriya:Ankara