Tanrı Anasının Kazan İkonası Məbədi () ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir.

Təsviri Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir.

Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə.

İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı.

Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir. Divar qalınlığı təxminən 50 sm, hündürlüyü isə 21,5 m. Zəng qülləsinin hündürlüyü 25 m-dir. Məbədin əsas qapısı qərb tərəfdədir, onun yuxarısına Tanrı Anasının Kazan İkonası yerləşdirilib. Əsas otağın döşəməsi mərmər tipli keramik plitələrlə döşənmişdir.

Kilsəyə Çadır-Lunqa Bələdiyyə Məclisi tərəfindən maliyyə dəstəyi verilir.

İstinadlar

Kateqoriya:2008-ci ildə yarananlar Kateqoriya:Moldovadakı pravoslav kilsələri