Valeh Ələsgərov () — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Həyatı 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir.
Rus və ingilis dillərini bilir.
Evlidir, 4 övladı var.
Fəaliyyəti 1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Bitərəfdir.
2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir.
Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir.
17 Oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədrləri Kateqoriya:SOCAR-ın birinci vitse-prezidentləri