Tonyukuk abidəsi və ya beynəlxalq ədəbiyyatdakı Bain Tsokto kitabələri 8-ci əsrdə Orxon çayı vadisində yazılmış yazılmış olan Göytürk kitabələrindən biridir. Tonyukuk abidəsi Tonyukukun özü tərəfindən 720–725-ci illərdə qoyulmuşdur.

Bu abidədə türklərin müharibə strategiyaları, müstəqillik uğrunda gedən döyüşlər, Tonyukukun türk milləti üçün apardığı mübarizələr nəzərə çarpır. Türk tarixinin ən qədim yazılı sənədlərindən biri olan Tonyukuk abidəsi İkinci Göytürk xaqanlığı dövrünün böyük vəziri, komandanı və məsləhətçisi Tonyukukun ölümündən əvvəl özü tərəfindən qoyulmuş iki dört tərəfli kitabələrdən ibarətdir.

Bilgə xaqan abidəsi və Kültigin abidəsindən 360 km şərqdə yerləşir. 1897-ci ildə botanik Yelizaveta Klements tərəfindən kəşf edilmişdir. Açıq ərazidə olduğundan və lazımi səviyyədə qorunmadığı üçün zərər görmüşdür.

Ümumi məlumat Baykal gölünün cənubunda, Monqolustanda Orxon çayı vadisində Koşo Saydam gölünün yaxınlığında yerləşir.

İstinadlar

Kateqoriya:VIII əsrdə Asiya