Sink oksid ZnO (sinkit) - ağ rəngli qeyri-üzvi maddədir. Suda həll olunmur, 1800 °C-ə qədər qızdırdıqda və sublimasiya zamanı saralır.
Fiziki xassələri Altıbucaqlı, iysiz kristalik strukturu olan tozdur. Alınması
Sink hidroksidin parçalanması zamanı alınır:
Zn (OH)2→ ZnO + H2O (t=100-250°C).
Sinkin oksigenlə qarşılıqlı təsirindən alınır:
2Zn + О2 → 2ZnО
Həmçinin sink duzlarının parçalanması zamanı alınır.
Kimyəvi xassələri
Sink oksid amfoter oksidlərə aiddir. Turşularla reaksiya zamanı sink duzları alınır:
ZnO+2HCl→ZnCl2+H2O
Qələvilərlə reaksiya zamanı kaliun sinkat və su alınır:
ZnO+2KOH→K2ZnO2+H2O ZnO + CoO → CoZnO2
Bor oksid və silisium dioksid ilə reaksiya zamanı şüşəyə oxşar boratlar və silikatlar alınır: 2ZnO + SiO2 → Zn2SiO4, ZnO + B2O3 → Zn(BO2)2.
Tətbiqi ZnO tibdə istifadə olunur.Sink oksidinin müasir tibbdə və kosmetologiyada geniş yayılması çoxfunksiyalılığı, geniş spektrli fəaliyyət və mükəmməl müalicəvi xüsusiyyətləri ilə əlaqədardır. Sink oksid tərkibli preparatlar yaxşı sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Toksikliyi ZnO buxarı orqanizmə düşdükdə gözlərə və tənəffüs yollarına pis təsir edir, qıcıqlanma yarada bilər. Həmçinin buxarın udulması çox olsa yüksək hərarət yarada bilər. İstinadlar Перельман В. И. Краткий справочник химика. — М.-Л.: Химия, 1964. Реми Г. «Курс неорганической химии» М, 1963
Kateqoriya:Oksidlər Kateqoriya:Amfoter birləşmələr Kateqoriya:Piqmentlər Kateqoriya:Sink birləşmələri Kateqoriya:Yarımkeçirici materiallar Kateqoriya:Antiseptiklər