Maria Pedraza (; )^ — İspaniya aktrisa, model və balerinası. Əsasən Pul soyğununda Alison Parker və Seçilmişlər serialında Marina Osuna rolunu canlandırmaqla tanınmışdır.

Həyatı Maria Pedraza 26 yanvar 1996-cı ildə İspaniyanın Madrid şəhərində anadan oldu. 8 yaşında Nacional de Danza Mariemma-da klassik rəqs təhsili almağa başladı. Konservaturiyada rəqs dərslərinə davam edərək, 18 yaşına qədər aktrisalıq dərsləri də aldı.

Karyerası Aktrisa olaraq ikinci layihəsi, İngiltərənin İspaniyadakı səfirinin qızı Alison Parkeri məşhur Atresmedia serialı olan La casa de papeldə canlandırdı. Daha sonra Netflix tərəfidən alınması, aktrisaya həm milli həm də beynəlxalq tanınma gətirdi. Həmin il, RTVE tərəfindən rəqəmsal platforma olan "Playz" platforması üçün istehsal olunan və Alba Ruiz Alonso və Cristina Romeronun rollarını canlandıran interaktiv internet serialı olan Si fueras tú ("Sən olsaydın") heyətinin bir hissəsi idi.

2018-ci ilin əvvəlində Maria Pedrazanın, La Casa de Papel aktyor heyəti Miguel Herrán və Jaime Lorente ilə birlikdə Netflixin ikinci Elite adlı orijinal İspan serialında yer alacağı açıqlandı. Elite 2018-in Oktybar ayında ilk baxışa verildi. Daha sonra Atresmedia, aktrisanın Plano a Plano tərəfindən istehsal olunan Tpy Boy-un qəhrəmanı olacağı təsdiqləndi. 2018-in Sentyabr və Oktyabr aylarının arasında, Jota Linaresve Netflix üçün Kimsəsiz Adaya Düşsən Yanında Kimi Aparardın-da aktrisa olaraq seçildi. Film Malaga Festivalının XXII nəşrində təqdim edildi və premyerası 12 aprel 2019 tarixində edildi.

Filimoqrafiya

Film +İlAdRolRejissorQeydlər2017Amar (film, 2017)2017LovingLauraStephen CrespoBaş rol2019Kimsəsiz Adaya Düşsən Yanında Kimi Aparardın?MarthaJota LinaresBaş rol2020Yaşadığımız YazAdelaCarlos SedesKöməkçi rol

Televiziya +İlAdRolQeydlərBölüm sayı2017Si fueras túAlba Ruiz Alonso / Cristina RomeroBaş rol8 bölüm2017La Casa de PapelAlison ParkerKöməkçi rol15 bölüm2018EliteMarina Nunier OsunaBaş rol8 bölüm2019Toy BoyTriana MarinBaş rol13 bölüm

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İspaniya aktrisaları Kateqoriya:XXI əsr aktrisaları