Artur Tahir oğlu Rasizadə () — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Baş naziri (1996–2003, 2003–2018).

Həyatı və fəaliyyəti Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. thumbnail|left|Vladimir Putinin hava limanında qarşılanması left|thumbnail|Polşa prezidenti Lex Kaçinski ilə görüş 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.

11 fevral 1999-cu ildən İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olmuşdur.

Ailəsi Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, Azərbaycanlı ədib Hüseyn Cavidin qardaşı nəvəsidir.

Təltif və mükafatları "Heydər Əliyev" ordeni (20 fevral 2025) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə "İstiqlal" ordeni (23 fevral 2005) — Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə "Şərəf" ordeni (25 fevral 2010) — Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə "Şöhrət" ordeni (25 fevral 2015) — Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (24 fevral 2020) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə (Belarus, 7 aprel 2015) — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfələrə görə "Fəxri legion" ordeni kavaleri (Fransa) "Şərəf nişanı" ordeni — 13 oktyabr 1980 (Rusiya, 2003) Belarus Respublikası Milli Assambleyasının fəxri fərmanı — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə Elm və texnika sahəsində SSRİ Dövlət mükafatı (5 noyabr 1971) — kompleks qazma qurğularının və fontan əleyhinə avadanlıqların yaradılması və sənaye miqyaslı mənimsənilməsinə görə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Rasizadələr Kateqoriya:Azərbaycan baş nazirinin birinci müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri