1993 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi "Why Me?" adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur.

1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər. Estoniya, Macarıstan, Rumıniya və Slovakiyanın isə müsabiqədə iştirakı baş tutmamışdır.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1993-də ev sahibi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İrlandiyanın müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki, Lüksemburqun isə 1983-cü ildəki rekordunu yeniləmişdir.

Final Müsabiqənin qaydalarına görə son beşlikdə yer alan ölkələr növbəti il başqa ölkələrlə əvəz edilir.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İtalyanca Enriko Ruceri "Sole d'Europa" Avropanın günəşi 12 45 02 Türkcə Burak Aydos "Esmer Yarim" Əsmər yarım 21 10 03 Almanca Münchener Freiheit "Viel zu weit" Çox uzaqda 18 18 04 Fransızca Anni Kotton "Moi, tout simplement" Sadəcə mən 3 148 05 Danca Tommi Seybaxın qrupu "Under stjernerne på himlen" Ulduzlu səmanın altında 22 9 06 Yunanca Katerina Ğarbi "Ellada, hora tou fotos" () Yunanıstan - işıqlar ölkəsi 9 64 07 Niderlandca Barbara Deks "Iemand als jij" Sənin kimi birisi 25 3 08 İngiliscə Uilliam Mancon "This Time" Bu vaxt 8 69 09 İslandca İnqa "Þá veistu svarið" O zaman cavabı biləcəksən 13 42 10 Almanca Toni Veqas "Maria Magdalena" Mariya Maqdalena 14 32 11 Portuqalca Anabela "A cidade (até ser dia)" Şəhər (sübhə kimi) 10 60 12 Fransızca, Korsikaca Patrik Fiori "Mama Corsica" Korsika ana 4 121 13 İsveçcə Arvingarna "Eloise" Eloiz 7 89 14 İngiliscə Niv Kavana "In Your Eyes" Sənin gözlərində 1 187 15 Fransızca, Lüksemburqca Modern Times "Donne-moi une chance" Mənə şans ver 20 11 16 Slovencə 1X Band "Tih deževen dan" Sakit yağışlı gün 22 9 17 Fincə Katri Helena "Tule luo" Mənə gəl 17 20 18 Boşnakca Fazla "Sva bol svijeta" Dünyanın bütün acıları 16 27 19 İngiliscə Sonya "Better the Devil You Know" Sənin bildiyin şeytan daha yaxşıdır 2 164 20 Niderlandca Rut Yakott "Vrede" Dünya 6 92 21 Xorvatca, İngiliscə Put "Don't Ever Cry" Heç zaman ağlama 15 31 22 İspanca Eva Santamariya "Hombres" Kişilər 11 58 23 Yunanca Zimbulakis və Van Beke "Mi stamatas" () Dayanma 19 17 24 İvritcə, İngiliscə Lahakat Shiru "Shiru" () Oxuyun 24 4 25 Norveçcə Silye Viqe "Alle mine tankar" Bütün düşüncələrim 5 120

Nəticələr

Səsvermə nəticələri Cəmi İtaliya 45 1 7 10 5 10 8 2 2 Türkiyə 10 1 2 1 6 Almaniya 18 8 2 3 4 1 İsveçrə 148 10 12 10 7 8 5 4 6 1 12 6 7 12 8 4 10 8 2 3 6 4 3 Danimarka 9 1 3 5 Yunanıstan 64 2 2 2 6 7 6 5 8 12 7 7 Belçika 3 3 Malta 69 7 5 4 7 5 5 4 2 2 4 2 4 6 4 4 1 3 İslandiya 42 4 4 1 7 1 5 2 7 5 2 2 2 Avstriya 32 4 1 3 3 6 12 3 Portuqaliya 60 1 1 2 2 5 8 2 4 2 1 12 12 3 5 Fransa 121 7 4 12 3 8 7 12 8 10 6 4 1 4 3 8 10 8 6 İsveç 89 8 8 7 10 7 10 4 5 6 7 7 10 İrlandiya 187 12 1 5 12 6 6 2 12 3 8 6 10 12 7 12 3 8 12 10 6 10 7 5 12 Lüksemburq 11 10 1 Sloveniya 9 4 1 3 1 Finlandiya 20 3 8 2 5 2 Bosniya və Herseqovina 27 3 12 1 4 4 3 Böyük Britaniya 164 1 8 6 5 8 12 12 12 7 6 10 8 8 10 5 3 4 10 5 4 12 8 Niderland 92 6 6 7 7 3 6 3 5 12 7 10 3 7 10 Xorvatiya 31 3 4 5 8 1 6 4 İspaniya 58 5 6 5 8 2 2 10 6 7 5 1 1 Kipr 17 2 10 5 İsrail 4 3 1 Norveç 120 10 10 10 12 6 10 8 5 1 3 12 7 6 12 8

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1993-cü ildə İrlandiya