Daşmərdan palçıq vulkanı– Çeyildağ qəsəbəsindən 15 km cənub-qərbdə, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir.

Haqqında Qobustan rayonunda, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. Nisbi hündürlüyü 390 m və dik cənub yamaclı yastı konus şəklində iri yüksəklikdir(512m). Krater sahəsinin ölçüsü 500*400 m təşkil edir, krater bəndinin hündürlüyü6-9m-ə çatır. Vulkan eyniadlı pilosen strukturu ilə əlaqədar olub, onun uzununa pozulma ilə mürəkkəbləşən tağ hissəsində yerləşir. Brekçiyanın sahəsi 3191ha, qalınlığı - 72 km təşkil edir. İlk dəfə 1866-cı il 11 avqust tarixində püskürüb. Daha sonra 1976, 2011-ci illərdə püskürüb. Daşmərdan palçıq vulkanının 2011-ci il 12 may tariixində güclü püskürməsi zamanı vulkan brekçiyası krater sahəsini 10 m-dən çox hündürlükdə krater bəndinin yamaclarını örtüb və erupsiya mərkəzindən şimal istiqamətə axıb. 1.0-1.5 m dərinlikdə qısa çatlar əmələ gəlib.

Həmçinin bax Torağay palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Azərbaycan ərazisində baş verən torpaq qırılması, vulkan püskürməsi və zəlzələ arasında əlaqənin olduğu təsdiqlənib

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları