250px|right|thumb|Pakistan Prezidentinin bayrağı.

Pakistan prezidenti — Pakistan İslam Respublikasının dövlət başçısı. Pakistan Konstitusiyasına görə, Prezidentin "Milli Məclisi ləğv etmək, yeni seçkilərin başladılması və bununla belə baş naziri vəzifəsindən azad etmək kimi səlahiyyətləri vardır". Bu səlahiyyətlər hərbi çevrilişlərin və hökumətdəki dəyişikliklərin nəticəsi olaraq konsititusiyada dəfələrlə dəyişildi. 2010-cu ildə Konstitusiyada 18-ci düzəliş qəbul edilərək Pakistan yarı prezidentlikdən parlamentli respublikaya çevrildi. Bu sistemə görə, prezident məhdud idarəetmə səlahiyyətlərinə malik olacaq və baş nazir qərarların icrası üçün daha çox səlahiyyətlərə sahib olacaqdı. Həmçinin qərara görə, prezident Başçı Senat, Milli Məclis və İl (Tehsil) Məclislərindən ibarət Seçki Kollegiyası tərəfindən seçilir.

Pakistanda 1956-cı ildən indiyədək 13 prezident vəzifəyə təyin edilib. Vəzifə 1956-cı ildə, konstitusiyasının qəbulundan sonra Pakistanda elan edildi və İskəndər Mirzə ölkənin ilk prezidenti oldu. Bu on üç prezidentdən əlavə, iki fəaliyyətdə olan prezident də (Vasitəçi) qısa müddət ərzində vəzifədə olub. Onlardan biri, Vasim Səccad, 1993 və 1997–1998-ci illərdə iki dəfə prezidentlik vəzifəsini icra edib. Pakistanda prezident beş il müddətində vəzifəsini icra edir. Bir prezidentin vəzifəsini icra edərkən səlahiyyətlərinə son verildiyi və ya prezident istefa verdiyi təqdirdə, Senat Sədri müvəqqəti vəzifəyə təyin edilir.

Altı prezident bir siyasi partiyanın üzvü olmuş və onlardan dördü Pakistan Xalq Partiyasının (PXP) fəal tərəfdarı idi. Birinci prezident İskəndər Mirzə Pakistan tarixində prezident olmuş ilk hərbi zabit idi, üç prezident də hərbi zabitlik vəzifəsindən yüksələrək Pakistanın tarixində uğurlu hərbi çevrilişlər yolu ilə güc qazanmışdı: 1958-ci ildə Eyyub xan, 1977-ci ildə Məhəmməd Ziyaülhaqq və 1999-cu ildə Pərviz Müşərrəf. Prezident Ziyaülhaqq, 17 avqust 1988-ci ildə Bahavalpurdan İslamabada qayıdarkən təyyarə qəzasında həlak olmuşdu. Eyyub Xan isə iki dəfə prezident seçilərək təxminən 10 il beş ay ilə ən uzun müddət vəzifədə qalmış prezident idi.

Pakistanın hazırkı prezidenti Arif Alvi Pakistan Təhrik-i İnsaf partiyasının üzvüdür.

Vasitəçi prezidentlik Prezident vəzifəsindən istefa edərsə, və ya prezidentlik müddətində onun prezidentlik səlahiyyətlərini icra etməyinə son verilərsə, bu halda Senat Sədri və ya Milli Məclisin Sədri qısa müddətlik prezident səlahiyyətlərini icra edə bilər. Çünki Pakistan konsititusiyasına vitse-prezidentlik daxil deyil.

Pakistanda qubernatorluq və inkişafı Pakistanda prezidentliyin əsası qubernatorluq ilə başladı. Qubernatorlar beş əyaləti idarə edirdilər: Şərqi Benqal (indi Banqladeş), Qərbi Pəncab, Bəlucistan, Sind və Şimal-Qərb Sərhəd vilayəti. Hər vilayətin qubernatoru Pakistanın General-Qubernatoru tərəfindən təyin olunmuşdu. Bundan əlavə, daha sonralar Qərbi Pakistanı əhatə edən, Pakistan ərazisində olan kiçik xanlıq-dövlətləri Pakistana qoşuldular. Bunlara Bahavalpur, Xaypur, Suvat, Dir, Xunza, Şitral, Makran və Kalat xanlığı daxil idi.

II Elizabet hakimiyyəti 1953-cü ildə kraliça II Elizabetin tacqoymasından əvvəl, 1950-ci ildə Hindistan konsititusiyasına uyğun olaraq Hindistan Respublikası yarandı, çünki Hindistan, hələ də o zaman Pakistan kimi dominion idi. Həmçinin Pakistanın da azadlıq qazanmasına baxmayaraq, ölkəni general-qubernator idarə edirdi

Pakistan Respublika Konstitusiyasını qəbul etməsindən sonra, 23 mart 1956-cı ildə Dominion olmağı dayandırdı. Ancaq Pakistan Millətlər Birliyinin tərkibində olan respublika olaraq qaldı.

Şərqi Pakistan (Banqladeş) 1972-ci ildə Pakistan Birliyini tərk etdi. Daha sonra yenidən 1989-cu ildə birliyə qoşuldu, sonra isə iki dəfə birliyi dayandırdı: birincisi, 18 oktyabr 1999-cu ildən 22 may 2004-cü ilə qədər, ikincisi, 22 noyabr 2007-ci ildən 22 may 2008-ci ilə qədər.

Prezidentlərin siyahısı +Prezident siyahısı Partiyanın adı Respublika Partiyası Pakistan Müsəlman Liqası (K) Silahlı Qüvvələr Partiyasız Müsəlman Liqası (Q) Pakistan Xalq Partiyası Müsəlman Liqası (N) Pakistan Təhrik-i İnsaf No Portret Adı Vəzifəyə gəlib Vəzifədən gedib SeçkilərSiyasi PartiyaQeydlər 1 100px|alt=A black and white portrait of Iskander Mirza İskəndər Mirzə 23 mart 1956 27 oktyabr 1958 Pakistandakı dövlət çevrilişi (1958) Respublika Partiyası 2 100px|alt=A black and white portrait of Ayub Khan Eyyub xan 27 oktyabr 1958 8 iyun 1962 Pakistandakı dövlət çevrilişi (1958)  Hərbi Diktator 8 iyun 1962 29 noyabr 1963 2 yanvar 1965 Hərbi Diktator Pakistan Müsəlman Liqası (K) — 100px Fəzəl Qədir ÇaudhriVasitəçi 29 noyabr 1963 12 iyun 1965 — Pakistan Müsəlman Liqası (K) 100px|alt=A black and white portrait of Ayub Khan Eyyub xan 12 iyun 1965 31 mart 1969 2 yanvar 1965 Pakistan Müsəlman Liqası (K) 3 100px|alt=A portrait of Yahya Khan Yəhya xan 31 mart 1969 20 dekabr 1971 —Hərbi Diktator Hərbi Diktator 4 100px Zülfüqar Əli Bhutto 20 dekabr 1971 13 avqust 1973 20 dekabr 1971 Pakistan Xalq Partiyası 5 100pxFəzəl İlahi Çaudhri 14 avqust 1973 20 aprel 1978 14 avqust 1973 Pakistan Xalq Partiyası — 100px Şeyx Ənvər ül-HaqqVasitəçi 20 April 1978 7 may 1978 14 August 1973 Pakistan Xalq Partiyası 100px Fəzəl İlahi Çaudhri 7 may 1978 16 sentyabr 1978 14 avqust 1973 Pakistan Xalq Partiyası 6 Məhəmməd Ziyaülhaqq 16 sentyabr 1978 17 avqust 1988 Hərbi Diktator Hərbi Diktator 7 100px Qulam İshaq Xan 17 avqust 1988 18 iyul 1993 13 dekabr 1988 Partiyasız — 100px Vasim SəccadVasitəçi 18 iyul 1993 14 noyabr 1993Pakistandakı dövlət çevrilişi cəhdləri (1995) Pakistan Müsəlman Liqası (N) 8 100px Farruk Ləqhari 14 noyabr 1993 2 dekabr 1997 14 noyabr 1993 Pakistan Xalq Partiyası — 100px Vasim SəccadVasitəçi 27 dekabr 1997 1 yanvar 1998 — Pakistan Müsəlman Liqası (N) 9 100px|alt=A side shoot of Muhammad Rafiq Tarar at an award ceremony Məhəmməd Rafiq Tarar 1 yanvar 1998 20 iyun 2001 31 dekabr 1997, Pakistandakı dövlət çevrilişi (1999) Pakistan Müsəlman Liqası (N) 10 100px|alt=A portrait of Pervez Musharraf Pərviz Müşərrəf 20 iyun 2001 6 oktybr 2007 1 yanvar 2004  Hərbi Diktator 6 oktyabr 2007 18 avqust 2008 6 oktyabr 2007Hərbi diktator Pakistan Müsəlman Liqası (Q) — 100px Məhəmməd Mian SamroVasitəçi 18 avqust 2008 9 sentyabr 2008 — Pakistan Müsəlman Liqası (N) 11 100px|alt=A portrait of Asif Ali Zardari Asif Əli Zərdari 9 sentyabr 2008 9 sentyabr 2013 6 sentyabr 2008 Pakistan Xalq Partiyası 12 100px Məmnun Hüseyn 9 sentyabr 2013 9 sentyabr 2018 30 iyul 2013 Pakistan Müsəlman Liqası (N) 13 100px Arif Alvi 9 sentyabr 2018 Hal-hazırda (Vəzifəni 9 sentyabr 2023-cü ilədək icra edəcək) 4 sentyabr 2018 Pakistan Təhrik-i İnsaf

Hazırda yaşayan sabiq prezidentlər

Qeydlər

İstinadlar

Xarici keçidlər Pakistan prezidentləri — "WorldStatesman.org" saytında.

Kateqoriya:Pakistan prezidentləri