Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti.
Tarixi Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir.
"Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.
Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır.
"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
Filiallar İndiki
"Atari Benelux" "Atari Brazil Ltd." "Atari Deutschland" "Atari Europe" "Atari France" "Atari Hellas EURL" "Atari Iberica Distribucion" "Atari, Inc." "Atari Interactive" "Atari ITALIA" "Atari Japan KK" "Atari Korea Ltd." "Atari Nordic"
Keçmiş
"Atari United Kingdom Limited" "Philips Multimedia BV" "Atari Australia Pty, Ltd." "Atari New Zealand Limited" "Infogrames Studios Limited" "DMA Design" "Infogrames North America, Inc." "Atari Melbourne House Pty, Ltd." "Humongous Entertainment, Inc." "Reflections Interactive Limited" "Legend Entertainment" "SingleTrac Entertainment Technologies, Inc." "Paradigm Entertainment" "Atari Interactive, Inc." "Europress" "MicroProse Ltd." "Atari Hunt Valley" "Shiny Entertainment, Inc." "Eden Games S.A.S." "Cryptic Studios"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Atari Kateqoriya:1983-cü ildə yarananlar Kateqoriya:Fransa brendləri Kateqoriya:Fransa videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:Baş qərargahı Parisdə yerləşən şirkətlər