thumb|right|Şerlok Holms personajının təsviri. 1904-cü il.

Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv.

Azərbaycanda Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır.

İncəsənətdə Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir.

Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar.

Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir.

İstinadlar

Xarici keçidlər

Bureau of Labor Statistics information

Kateqoriya:Detektivlər Kateqoriya:Peşələr