In Rainbows - İngilis rok qrupu Radiohead-in yeddinci musiqi albomudur. Albom internet üzərindən 10 oktyabr 2007-ci il tarixində, fiziki olaraq isə 3 Dekabr 2007-ci ildə yayımlanıb. Qrup albom üzərində 2 il çalışıb. Albom tamamlandıqdan sonra Radiohead əvvəlcə albomu onlayn olaraq yayımlamağa qərar verdi. Radiohead-in səsyazma şirkəti ilə razılığa gələ bilməmələri səbəbilə albom müştərilərin istədikləri qiymətdə ala biləcəkləri şəkildə 10 oktyabr 2007-ci il tarixində qrupun rəsmi veb səhifəsində satışa çıxarılıb
Albomdakı mahnılar
"15 Step" – 3:57 "Bodysnatchers" – 4:02 "Nude" – 4:15 "Weird Fishes/Arpeggi" – 5:18 "All I Need" – 3:48 "Faust Arp" – 2:09 "Reckoner" – 4:50 "House of Cards" – 5:28 "Jigsaw Falling into Place" – 4:09 "Videotape" – 4:39 Kateqoriya:2007-ci ilin musiqi albomları Kateqoriya:Radiohead albomları