Sabir Buqrin () — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun belçika doğumlu mərakeşli yarımmüdafiəçisi.
Peşəkar karyerası Sabir futbolçu karyerasına 2009-cu ildə Belçikanın Antverpen əyalətinin Lyir şəhərində fransalı keçmiş futbolçu Jan-Mark Qilyo tərəfindən açılmış akademiyada başlamış, karyerasına daha sonra şəhərin eyni adlı təmsilçisi Lyir klubunda davam etmişdir. Onun Belçika çempionatındakı ilk peşəkar oyunu 25 may 2015-ci ildə Lommel klubuna 1–3 hesabı ilə məğlub olduqları qarşılaşma oldu. Ən yaxşı oyunçulardan biri olduğu Lyirdə üç uğurlu mövsüm keçirdikdən sonra Buqrin klubun maliyyə çətinliyi səbəbindən klubu tərk etdi.
30 yanvar 2018-ci ildə Buqrin Fransanın 2-ci liqa təmsilçisi Paris futbol klubu ilə müqavilə imzaladı. 1 il klubun əsas və köməkçi komandalarında çıxış etdikdən sonra 2019-cu ildə Lüksemburqun Düdelanj klubuna transfer oldu.
UEFA Avropa Liqasının 2019/2020 mövsümündə Düdelanjın heyətində təsnifat mərhələsində uğurla çıxış etmiş, bu uğurun davamı olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışlar. Qrup oyunlarının 5-də meydana çıxan Sabir, təmsilçimiz Qarabağla oyunların hər ikisində də iştirak etmiş və 2-ci qarşılaşmada komandasının yeganə qolunu vurmuşdu (hesab 1–1).
18 iyul 2020-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən Bakının Neftçi klubu ilə 2 illik müqavilə imzalamışdır.
Beynəlxalq karyerası
Uğurları
Klub Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21 Esperanke Tunis Tunis Çempionatı Qalib (1): 2021/22
Şəxsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Belçika futbolçuları Kateqoriya:Mərakeş futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Belçika milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransada legioner Belçika idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri