Miltiad (Melxiad) (; ) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu.
Mənşəyi Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi,Annuario Pontificio 2012 (Libreria Editrice Vaticana ISBN 978-88-209-8722-0), p. 8* baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir.Richard P. McBrien, Lives of the Popes, (HarperCollins, 2000), 56.
Pontifikat Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı
Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar.
Ölümü Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü.
İrsi 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu. 1969-cu ildə vacib bayramlar siyahısından silindiCalendarium Romanum (Libreria Editrice Vaticana 1969), p. 148 və bayram ölüm günü 10 yanvar tarixinə keçirildi və onun adı "məzlum" xülasəsisiz "Miltiad" kimi qeyd olunmağa başlandı.Martyrologium Romanum (Libreria Editrice Vaticana 2001 ISBN 88-209-7210-7)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:IV əsr Papaları Kateqoriya:IV əsr xristian müqəddəsləri Kateqoriya:Papalar