Azərbaycan şahmatçılarının siyahısı — Azərbaycanın. Azərbaycanı təmsil etmiş və ya Azərbaycan şahmat məktəbi ilə bağlılığı olan FIDE tərəfindən titul sahibi şahmatçı və şahmat məşqçilərinin siyahısı. Siyahıya müxtəlif dövrlərdə fəaliyyət göstərmiş şahmatçılar, o cümlədən, qrosmeyster, beynəlxalq usta, FIDE Ustası və qadınlar üzrə müvafiq FIDE titullarına sahib şahmatçılar, həmçinin beynəlxalq titullu şahmat məşqçiləri daxildir.

Azərbaycan şahmatçıları həm fərdi, həm də komanda yarışlarında, o cümlədən Şahmat Olimpiadası və digər beynəlxalq turnirlərdə ölkəni təmsil edirlər. Şahmat üzrə Azərbaycan Milli Komandası 1994-cü ildən etibarən Şahmat Olimpiadalarında müstəqil ölkə kimi iştirak edir. FIDE-nin reytinq bazasında Azərbaycan federasiyasının (AZE) adı ilə çoxsaylı titullu şahmatçılar qeydiyyata alınıb. Siyahıda şahmatçılar əldə etdikləri FIDE titullarına və reytinq göstəricilərinə əsasən qruplaşdırılır; bundan əlavə, titullu məşqçilər də ayrıca bölmədə təqdim olunur.

Azərbaycanda şahmatın tarixi

Erkən dövrlər Azərbaycanda şahmatın tarixi orta əsrlərə gedib çatır. Bu oyun növü barədə məlumatlara XII əsrdə Xaqani Şirvani və Nizami Gəncəvi, XIV əsrdə İmaməddin Nəsimi, XVI əsrdə Məhəmməd Füzuli kimi müəlliflərin əsərlərində rast gəlmək mümkündür. 1864-cü ildə isə Mirzə Fətəli Axundov yazdığı "Şatranjın oyunu" əsərində oyunun qaydalarını izah edir. Həmin dövrlərdən bir çox Azərbaycanlı mütəfəkkirlər şahmatla məşğul olmuşlar. İlk görkəmli Azərbaycan şahmatçısı kimi IX əsrdə yaşamış Cəlaləddin Naxçıvaninin adı çəkilir.

Azərbaycanda şahmat kişilərlə yanaşı qadınlar arasında da yayılmışdı. Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şahmatçısı hesab edilir. Aleksandr Düma isə öz yazılarında Xurşidbanu Natəvanla şahmat oynamağı və onun yüksək zəkası barədə qeyd edib.

SSRİ dövrü thumb|261x261px|Vladimir Makoqonov Azərbaycanda şahmatın mütəşəkkil formada kütlələr arasında yayılması XX əsrin 20-ci illərindən başlayır. 1920-ci ildə Azərbaycan Şahmat Federasiyasının (AŞF) təməli qoyulur. İlk vaxtlar şahmat daha çox qeyri-azərbaycanlılar arasında məşhur olmuşdur. Bu səbəbdən 1923-cü ildə keçirilən Bakı çempionatında Naxçıvanda doğulmuş Vladimir və Mixail Makoqonov qardaşları qalib olurlar. Lakin 1930-cu illərdə azərbaycanlıların da bu oyuna marağı artır. 1934-cü ildə keçirilən ilk ölkə çempionatının qalibi Qasım Səlimxanov olur. left|thumb|212x212px|Aynur Sofiyeva 1936-cı ildə qadınlar arasında keçirilən ilk ölkə çempionatında Olqa Rojdestvenskaya qalib gəlir. Həmin il Bakılı Anastasiya Poliskaya isə qadınlar arasında Zaqafqaziya çempionu olur.

Sultan Xəlilbəyli 1950-ci illərin sonunda SSRİ idman ustası adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb. 1950-ci illərdəki yarışmalarda isə ölkə çempionu adını Azər Zeynallı və Vladimir Bağırov qazanıblar.

XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmatın inkişafında yeni dövr başlayır, ölkədə 60-a yaxın uşaq-gənclər şahmat məktəb və klubları açılır, şahmata marağın kütləvi hal alması təmin olunur. Həmin illərdə Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir çox görkəmli nümayəndələri yetişdirmişdir. Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aydın Hüseynov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir çox qələbələr qazanmışdır. O cümlədən, şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster, 22 yaşında (1985) dünya çempionu olmuş Harri Kasparov da Bakı məktəbinin yetirməsi olmuşdur.

1970-ci illərdə Tatyana Zatulovskaya Azərbaycanın ilk Qadın Qrosmeysteri olur. 1978-ci ildə isə Vladimir Bağırov ölkənin şahmat tarixinə ilk kişi Qrosmeyster kimi adını yazdırır. 1980-ci ilədək Kasparov, 1987-ci ildə isə Vladimir Makoqonov da bu titulu əldə edir.

Müstəqillik dövrü thumb|258x258px|Teymur Rəcəbov 2008-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə AŞF Beynəlxalq Şahmat Federasiyasına (FIDE) üzv olmuşdur. Bu dövrdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Vüqar Həşimov, Rauf Məmmədov və Eltac Səfərli kimi şahmatçılar yetişmişdir. Onlar Avropa çempionatları və bir sıra digər nüfuzlu turnirlərdə çempion olmuşlar. 1991-ci ildə isə Aynur Sofiyeva qadınlar, Elmar Məhərrəmov kişilər üzrə müstəqil Azərbaycan Respublikasının ilk qrosmeysteri adını almışdır. left|thumb|Vüqar Həşimov 2010-cu ildə left|thumb|Şəhriyar Məmmədyarov 2022-ci ildə Hazırda dünyanın ən yüksək reytinqli 100 şahmatçısı arasında 2 Azərbaycan şahmatçısı — Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer almışdır.

Titullu şahmatçılar Hazırda Azərbaycanı təmsil edən 29 Qrosmeyster, 33 Beynəlxalq Usta, 51 FIDE Ustası, 12 Ustalığa namizəd, 15 Qadın Qrosmeyster, 7 Qadın Beynəlxalq Usta, 20 Qadın FIDE Ustası, 11 Qadın Ustalığa namizəd var. Onlardan bəziləri aktiv deyil.

Ümumi titul sahibləri

Qrosmeysterlər (GM) Ən azı 2500 reytinqə malik şahmatçılar: ŞahmatçıTəvəllüdƏn yüksək standart reytinqiƏn yüksək rapid reytinqiƏn yüksək blitz reytinqiFIDE IDİstinadlarSon yenilənmə tarixiAbdulla Qədimbəyli20022524 (Noyabr, 2022)2461 (Sentyabr, 2023)2399 (Oktyabr, 2022)13404938Arkadi Naydiç19852737 (Dekabr, 2013)2735 (Yanvar, 2013)2702 (Mart, 2012)4650891Aydın Hüseynov1957–20032513 (Yanvar, 1999)??13400169Aydın Süleymanlı20052626 (İyun, 2024)2554 (Yanvar, 2024)2580 (Yanvar, 2024)13413937Azər Mirzəyev19782617 (Noyabr, 2009)2518 (Mart, 2016)2561 (Mart, 2012)13400304Cahangir Ağarəhimov19862502 (Fevral, 2014)––13401718Cəmil Ağamalıyev19742526(Oktyabr, 2003)––13400215Əhməd Əhmədzadə20042519 (Avqust, 2023)2414 (Avqust, 2023)2388 (Oktyabr, 2022)13413007Elmar Məhərrəmov19582568 (İyul, 2000)2582 (İyul, 2017)2517 (Yanvar, 2012)13400142Eltac Səfərli19922694 (Oktyabr, 2016)2718 (Sentyabr, 2019)2711 (May, 2017)13402129Fərid Abbasov19792578 (Oktyabr, 2008)2487 (Mart, 2023)2487 (Mart, 2023)13400665Fərhad Tahirov19872583 (İyul, 2003)–2452 (Oktyabr, 2018)13401661Qədir Hüseynov19862668 (May, 2022)2739 (Noyabr, 2015)2708 (Oktyabr, 2018)13401378Məhəmməd Muradlı20032589 (İyul, 2024)2486 (Aprel, 2023)2644 (Yanvar, 2022)13409301Misrətdin İsgəndərov19952601 (May, 2022)2501 (Oktyabr, 2022)2501 (Oktyabr, 2022)13400312Namiq Quliyev19742588 (Yanvar, 2006)2668 (İyun, 2019)2587 (Sentyabr, 2019)13400363Nicat Abasov19952679 (Oktyabr, 2023)2567 (Noyabr, 2021)2561 (Sentyabr, 2023)13402960Nicat Məmmədov19852624 (Yanvar, 2014)2624 (İyul, 2021)2645 (İyul, 2017)13400819Rauf Məmmədov19882709 (Dekabr, 2017)2739 (Oktyabr, 2018)2810 (Yanvar, 2016)13401653Rəsul İbrahimov19812568 (Oktyabr, 2008)2518 (Dekabr, 2017)2518 (Dekabr, 2017)13400495Rəşad Babayev19812535 (Aprel, 2009)––13400681Rüfət Bağırov19792541 (İyul, 2002)––13400401Sərxan Quliyev19682537 (İyul, 2003)2416 (Avqust, 2016)2416 (Avqust, 2016)13400231Şəhriyar Məmmədyarov19852820 (Sentyabr, 2018)2833 (İyul, 2017)2866 (Dekabr, 2014)13401319Teymur Rəcəbov19872793 (Noyabr, 2012)2788 (İyul, 2012)2808 (Yanvar, 2015)13400924Urfan Sevdimalıyev19892503 (Dekabr, 2014)2411 (Yanvar, 2016)2384 (İyul, 2023)13402463Ülvi Bacarani19952551 (Noyabr, 2015)2540 (Sentyabr, 2016)2488 (Sentyabr, 2015)13403028Ülvi Sadıxov19982517 (Oktyabr, 2021)2487 (Oktyabr, 2017)2384 (İyul, 2023)13401416Vasif Durarbəyli19922637 (İyun, 2019)2592 (Noyabr, 2012)2613 (Aprel, 2013)13402935Vüqar Əsədli20012598 (Fevral, 2023)2539 (Yanvar, 2023)2635 (Yanvar, 2022)13405764Vüqar Həşimov1986–20142761 (Yanvar, 2012)??13400630Vüqar Rəsulov19912560 (Oktyabr, 2023)2519 (Yanvar, 2016)2560 (Sentyabr, 2021)13402390Zaur Məmmədov19942504 (Noyabr, 2014)2474 (Sentyabr, 2017)2442 (May, 2013)13401033

Beynəlxalq Ustalar (IM) Ən azı 2400 reytinqə malik şahmatçılar: ŞahmatçıTəvəllüdƏn yüksək standart reytinqiƏn yüksək rapid reytinqiƏn yüksək blitz reytinqiFIDE IDİstinadlarSon yenilənmə tarixiAnar Allahverdiyev19752460 (Yanvar, 2008)2412 (İyul, 2022)2412 (İyun, 2022)13400347Asif Yaqubi19842444 (Sentyabr, 2014)–2431 (Sentyabr, 2015)13411861Ayaz Məmmədov19922419 (Sentyabr, 2015)2417 (Oktyabr, 2014)2404 (Avqust, 2015)13402579Cavad Məhərrəmzadə19762494 (İyul, 2012)––13400436Elmir Hüseynov19832457 (Aprel, 2007)–2454 (Oktyabr, 2012)13400878Fikrət Sideifzadə19522434 (Oktyabr, 2005)––13400150Gülnar Məmmədova19912401 (Yanvar, 2017)2418 (Yanvar, 2019)2382 (İyul, 2012)13403508Günay Məmmədzadə20002483 (Oktyabr, 2022)2383 (Oktyabr, 2022)2408 (May, 2023)13403729Xəzər Babazadə20052481 (Fevral, 2023)2363 (Oktyabr, 2022)2417 (Yanvar, 2022)13413554Xanım Balacayeva20012404 (İyul, 2024)2284 (Oktyabr, 2022)2284 (Oktyabr, 2022)13406396İlqar Bacarani19652373 (Yanvar, 2003)2313 (Oktyabr, 2012)2313 (Fevral, 2013)13400223İsmayıl Şahəliyev19992421 (Avqust, 2019)2334 (Yanvar, 2016)2306 (Oktyabr, 2022)13406388Kamal Ağasıyev19882441 (İyun, 2017)2403 (Oktyabr, 2016)2393 (Aprel, 2017)13402854Kənan İzzət19962496 (Avqust, 2018)2385 (Dekabr, 2013)2424 (Fevral, 2018)13405209Kənan Qarayev20022406 (Noyabr, 2018)2280 (Dekabr, 2023)2358 (Yanvar, 2024)13406671Loğman Quliyev19742470 (Yanvar, 2009)2405 (Sentyabr, 2016)2400 (İyun, 2015)13400061Məhəmməd Zülfüqarlı19772510 (İyul, 2000)–2428 (Yanvar, 2019)13400410Murad İbrahimli20022437 (May, 2022)2391 (Avqust, 2023)2364 (Aprel, 2023)13410229Nail Bəşirli20002414 (İyun, 2016)2275 (İyun, 2023)2451 (Oktyabr, 2019)13406809Nicat Ağayev19902407 (Avqust, 2013)2381 (Dekabr, 2015)2369 (May, 2013)13402048Orxan Əbdülov19882429 (Noyabr, 2011)2387 (Dekabr, 2015)2375 (İyun, 2013)13402714Pərviz Qasımov20002516 (Yanvar, 2015)2295 (Dekabr, 2014)2329 (May, 2018)13408798Rauf Hacılı19722443 (Yanvar, 2000)2422 (İyun,2014)–13400053Rəhim Qasımov19762452 (Dekabr, 2014)–2402 (May, 2013)13400126Riyad Səmədov20072509 (Avqust, 2024)2389 (Sentyabr, 2023)2355 (Oktyabr, 2022)13417444Sadiq Məmmədov20032415 (Dekabr, 2022)2237 (İyul, 2020)2293 (May, 2018)13408712Sənan Dövlətov19802439 (İyul, 2008)––13400770Talıb Babayev19712405 (Mart, 2013)2296 (Dekabr, 2016)2405 (May, 2013)13401432Toğrul Həsənzadə19972418 (May, 2016)2417 (Dekabr, 2016)2214 (Oktyabr, 2022)13407716Ülviyyə Fətəliyeva19962428 (Noyabr, 2022)2343 (Yanvar, 2018)2322 (Oktyabr, 2022)13403052Viktor Truşelyov19842407 (Noyabr, 2009)2421 (Avqust, 2013)2411 (Avqust, 2012)13401327Vladislav Verdixanov19702429 (Yanvar, 2009)––13400240Vüqar Manafov20042441 (Avqust, 2024)2393 (Oktyabr, 2023)2431 (Oktyabr, 2023)13410814

FIDE Ustaları (FM) Ən azı 2300 reytinqə malik şahmatçılar: