Qara nəciblər və ya qara kübarlar, qara aristokratlar (), Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya krallığının qoşunları 20 sentyabr 1870-cil tarixində Romaya daxil olduqdan sonra Roma Papasını dünyəvi hakimiyyətdən məhrum etmiş, Papa vilayətini ləğv etmiş və Papa sarayını tutmuşdular. Sonrakı 59 ildə Roma Papası ancaq Vatikan ilə məhdudlaşmış və o, İtalya hökumətinin hakimiyyətinin möhkəmlənməməsi üçün özünün Vatikan məhbusu olduğunu iddia etmişdir. Əvvəllər Müqəddəs Taxtdan, papa sarayının yüksəkrütbəli üzvləri (gizli kamerqerlər) də daxil titullar almış aristokratlar Papanın "həbsinə" yas tutaraq öz qapılarını bağlı saxlamaqda davam etdikləri üçün onları "Qara nəciblər" adlandırdılar.
1929-cu ildə Lateran razılığına görə "qara nəciblərə" İtaliya və Vatikanda ikili vətəndaşlıq verildi. Bu razılıq "qara nəciblərin" nümayəndələrinə, əvvəllər ancaq keçmiş Papa vilayətindən olan zadəganlar üçün açıq olan Zadəgan qvardiyasına daxil olmağa icazə verdi. 1931-ci ildə Papa XI Piy XII Alfonsun bütün katolik ölkələrdən olan zadəganların Zadəgan qvardiyasına qəbuluna icazə verilməsi haqda müraciətini rədd etmişdir.
"Qara nəciblərin" ən məşhur nümayəndələrindən biri, sonradan Roma Papası XII Piy olmuş Eucenio Paçellidir. thumb|Papa Xll Piy, 1958-ci il, aprel.
Qara nəciblərə daxil olan ailələr
Papa sarayında ənənəvi olaraq vərəsəli olan titullara sahib olan Roma knyaz ailələri, digər markizlər, zadəgan ailələr Orsini Saketti (it. Sacchetti) Patrizi Naro Montoro Serlupi-Kreşentsi (it.Serlupi-Crescenzi) Caetani Ruspoli Borqeze (it. Borghese) Kici (it. Chigi) Gabrielli Lanselotti (it. Lancellotti) Aldobrandini Palaviççini (it. Pallavicini) Odeskalki (it. Odescalchi) Altieri
Roma Pontifiklərindən titul və başqa imtiyazlar alan ailələr Torlonia Theodoli Soderini Mazzetti di Pietralata Del Qallo di Rokkacovine (it. Del Gallo di Roccagiovine) Senni Ricci Parracciani Lepri Malvetsi Kampecci (it. Malvezzi Campeggi) Rokki (it. Rocchi) Nannerini Bufalari Datti Piertomarçi (Pietromarchi Paçelli (it. Pacelli) Nasalli Rokka (it. Nasalli Rocca) Peççi (it. Pecci) Kantuti Kastelvetri (it. Cantuti Castelvetri) Ugolini
Başqa Qara nəcib ailələr Teofilakt Krestentsi Kolonna Massimo Borcia Pikkolomini Della Rovere (Lante) Bonkompanyi Barberini Rospilyozi Pinyatelli
"Ağ" nəciblər
"Ağ" nəciblərə aid olan ailələr Bonkompanyi Lyudovizi (it. Boncompagni Ludovisi) Ottoboni Caetani Cesarini Sforza Doria Pomfili (it. Doria Pamphilj) Sçarra (it. Sciarra) Skyaratura (it. Schiaratura) Lovatelli Odeskalki (it. Odescalchi) və Pallavicini qolları
Venesiya Qara nəcibləri Con Koleman (Jhon Coleman)Black Nobilita Unmasked Worldwide, 1985 və Yan van Helsinq (Jan van Helsing)Le Società segrete e il loro potere nel Ventesimo secolo, 1995 tərəfindən nəzəri olaraq daxil edilmiş "Venesiya Qara nəcibləri" termini təmamilə ayrı bir mənada — Venesiya tacir sinfi kimi — işlənir. Bu tacir sinfi Venesiya Respublikasında öz hakimiyyətini, 1063-cü ildən 1123-cü ilədək olan üç Səlib yürüşlərindən birincisi zamanı təsdiqləyərək, 1171–1172-ci illərdə dojları təyin etməyin mütləq hüququnu özündə saxlayan Maggior Consiglio'nu təsis etməklə zadəgan oliqarxiyasına çevirmişdir. Venesiyadan başqa, XII əsrdən kommersiya hüquqlarında imtiyazlara malik Genuya Qara nəcibləri də olub.
Həmçinin bax IX Piy Böyük Pontifik Vatikan Papa vilayəti Roma Papaları Orsini ailəsi Borciya ailəsi Kolonna ailəsi
Ədəbiyyat Kateqoriya:İtaliya zadəganlığı Kateqoriya:İtaliya zadəgan ailələri Kateqoriya:Papalığın tarixi