iNaturalist — vətəndaş elmi (tam, yaxud qismən həvəskar alimlər (qeyri-peşəkar) tərəfindən aparılan elmi araşdırmalar) layihəsi və Yer kürəsində biomüxtəlifliyin müşahidəsi üzrə mübadilə konsepsiyası əsasında qurulmuş təbiətşünasların, həvəskar alimlərin, bioloqların onlayn sosial şəbəkəsindən ibarətdir. iNaturalist-ə onun veb-saytından və mobil əlavəsindən daxil olmaq olar. iNaturalist-in köməyilə yazılmış müşahidələr elmi-tədqiqat layihələri, təbiəti mühafizə agentlikləri, digər təşkilatlar və ictimaiyyət üçün qiymətli məlumatlardır. Bu layihə "təbiətşünaslıq üzrə mobil tətbiqlərin bayraqdarı" adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Elektron bioloji resurslar Kateqoriya:Mobil tətbiqlər Kateqoriya:Vətəndaş elmi Kateqoriya:Vikipediyadan istifadə edən veb-saytlar