Gəloxçular — Laçın rayonunda, Qarıqışlaq, Mişni, Hacılar, Sadınlar, Qılıçlı Quşçu, Soyuqbulaq, Mayıs, Zeyvə və başqa yaşayış məntəqələrini əhatə edir.

Tarix Gəloxçu camaatı XVIII yüzildə Qaraçorlu mahalına, XIX yüzilin ikinci yarısından Zəngəzur qəzasına, XX yüzilin önlərindən Laçın rayonuna bağlıdır.

1823-cü ildə Gəloxçu obası vergi ödəyənlər: 78 tüstü, ödəməyənlər: kəndxudalar Mirzə bəy, Vəli bəy, Həsən bəy ibarət idi. 1827-ci ildə Gəloxçu obası vergi ödəyən 91, ödəməyən 5, rəncbər 2 tüstüdən təşkil olunmuşdu. Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Bu bölgə, tarixi baxımdan zəngin olmaqla yanaşı, coğrafi cəhətdən də maraqlı xüsusiyyətlərə malikdir. Gəloxçuların sosial, mədəni və iqtisadi inkişafında bu yaşayış məntəqələrinin hər birinin özünəməxsus yeri vardır.

Gəloxçu obasında əhali sayı

Mənbə Ənvər Çingizoğlu, Gəloxçu camaatı, "Soy" dərgisi, Bakı, 2010. Əli Məcidli, Gəloxçular və Törə, Bakı, 2019. Ənvər Çingizoğlu, Keştasf, ""Soy" elmi-kütləvi dərgi, 2009, № 9, səh.111–114.

İstinadlar

Kateqoriya:Azərbaycan soyları