Arif Mikayıl oğlu Qasımov () — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı.
Həyatı Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur.
1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir.
1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır.
Ailəsi Ailəlidir, 5 övladı var.
Siyasi fəaliyyəti 1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır.
1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür.
Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.
Hal-hazırda Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.
İstinadlar
Mənbə Arif Qasımov YAP Naxçıvan MR Təşkilatı
Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatları