Tattıbübü Tursunbayeva (; ) — qırğız əsilli sovet teatr və kino aktrisası, Qırğızıstan SSR əməkdar artisti, SSRİ Kinematoqrafçılar İttifaqının və Qırğızıstan SSR Teatr Xadimləri İttifaqının üzvü.
Həyatı Tattıbübü Tursunbayeva 1944-cü ildə kəndli ailəsində anadan olmuşdur. 1966-cı ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Qırğızıstan Dövlət Dram Teatrının səhnəsində çıxışlar etmişdir. Bununla yanaşı, kino sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Ekranda və səhnədə bir çox müxtəlif xarakterli obrazlar yaratmışdır. T. Tursunbayeva səhnədə "Romeo və Cülyetta"da Cülyetta Kapuletti, "İnadkarın ram edilməsi"ndə Byanka, "Bernarda Albanın evi"ndə Omeliya, "Rəqs müəllimi"ndə Felisyevna, "Qırmızı yaylıqlı qovağım mənim"də Asel, "Fudziyamaya qalxmaq"da Ənvər də daxil olmaqla, ümumilikdə 100-ə yaxın obraz ifa etmişdir.
"Qırğızfilm" kinostudiyasında bir çox filmlərə çəkilib. 1960-cı ildə hələ məktəbli olarkən "Səlimənin nəğməsi" filminə çəkilməklə kinoda ilk rolunu ifa etmişdir.
21 dekabr 1981-ci ildə vərəm xəstəliyindən vəfat etmişdir.
Filmoqrafiya right|300px 1960 — "Səlimənin nəğməsi" () — Səlimə 1965 — "Ən sözəbaxan" () — Ayzadə 1967 — "Ana tarla" () — Tolqonayın gəncliyi 1969 — "Ak Möör" () — Ak Möör 1971 — "Oda təzim" (digər adı — "Urkuya"; ) — Urkuya Saliyeva 1972 — "Balaca əsgər" (qısametrajlı) 1973 — "Sirli muğam" () — Bulan 1974 — "Sevginin əks-sədası" () — Asiya Bejanova 1975 — "Qızıl alma" () — naməlum qız 1977 — "Qızmar günəş altında" () — epizod 1978 — "İyulda üç gün" () 1979 — "Məhkəmə" () — Züleyxa 1980 — "XX əsrin dəniz quldurları" () — epizod
Xatirəsi Jumqal rayonunun Çayek kəndində T. Tursunbayevanın şərəfinə kinoteatr adlandırılmışdır. 2014-cü ildə T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının yaxınlığında T. Tursunbayevanın büstü qoyulmuşdur. 2014-cü ildə Tattıbübü Tursunbayevanın 70 illik yubileyi çərçivəsində Batken vilayətində yerləşən "Sansaray" tarix-etnoqrafiya muzeyinə aktrisanın adı verilmişdir. Aktrisanın doğma kəndi olan Çayekdəki orta ümumtəhsil məktəb onun adını daşıyır. Məktəbdə Tattıbübü Tursunbayevanın muzeyi açılmışdır. Çayek kəndinin küçələrindən biri T. Tursunbayevanın adını daşıyır. Talas rayonunda Tattıbübü Tursunbayeva adına muzey və rəsm qalereyası fəaliyyət göstərir. Jumqal rayonunun texniki peşə məktəblərindən birinə onun adı verilmişdir. Qırğızıstanın bir neçə şəhər və kəndlərindəki küçələr Tattıbübü Tursunbayevanın adını daşıyır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırğızıstan aktrisaları Kateqoriya:Bişkekdə vəfat edənlər Kateqoriya:Qırğızıstan SSR əməkdar artistləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:XX əsr aktyorları