Adrian Markoviç Volkov (; ) — Rusiya janr rəssamı.

Həyatı thumb|Adrian Volkov. Aleksandr Sergeyeviç Puşkinin son atəşi Adrian Volkov. A. S. Puşkinin son atəşi

1841–1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu.

1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi.

1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı.

1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı.

1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi.

1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.

1871–1893-cü illərdə "Malyar" jurnalında satirik rəsmlərin müəllifidir, "İskra" jurnalını nəşr edirdi.

A. S. Puşkinin son duelini təsvir edən ilk rəsm əsərinin müəllifidir (şairin sekundantı Konstantin Danzas rəsama konsultasiya vermişdir), şəkil Voloqda şəhərində mühəndis T. A. Raçovada tapılmışdır və A. S. Puşkinin Ümumittifaq Muzeyinə köçürülmüşdür.Радов В. Спивак Т. Найдена первая картина о дуэли Пушкина // Ленинская Правда. 1968. 6 февраля

İstinadlar

Kateqoriya:XIX əsr Rusiya rəssamları