Korneli Nepot (; ) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri.

Həyatı Korneli Yuxarı İtaliyalı olub.Kiçik Plini. Məktbuları, IV, 28 (1); Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır)Mark Tulli Siseron. Attikə, DCCLXX [XVI, 5], (5);, Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur.Mark Tulli Siseron. Attikə, DCCCV [XVI, 14], (3);

Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə. təxminən 54-cü ildə üç kitabda yazılmış "Xronika" olmuşdur, əsər Yunanıstan və Roma tarixində baş verən ən əhəmiyyətli hadisələri qarşılaşdıran sinxron cədvəldən ibarət idi.

Sonrakı əsərləri Mark Terentsi Varronun təsiri altında yazılmışdır, onlar əsasən mədəni tarix və mənəviyyat təbliqatı mövzularında idilər. Buraya beş "Exempla" kitabı, Böyük Katon və Mark Tulli Siseronun ətraflı tərcümeyi-halı və xüsusən də son və ən geniş əsəri "Məşhur şəxslər haqqında" daxil idi. Sonuncu romalılar və özgə xalqlar nümayəndələrinin paralel tərcümeyi-hallarından bəhs edən təxminən 16 kitabdan ibarət idi.

Bundan əlavə, "Latın tarixyazanları haqqında" () və "De excellentibus ducibus exterarum gentium" kitablarından parçalar günümüzə qədər saxlanmışdır.

Sadə və düzgün üslubu sayəsində Kornelinin əsərləri ənənəvi olaraq Qay Yuli Sezarın "Qal müharibəsi haqqında yazılar" əsəri ilə yanaşı Latın dilinin öyrədilməsində istifadə olunurdu.

Nepot "Si vis pacem, para bellum" (latın dillindən tərcümədə "sülh istəyirsənsə, müharibəyə hazır ol") məşhur ifadəsinin müəllifi kimi göstərilir.

Qədim ənənə Avsoni Nepotun Tsizalp Qalliyasında anadan olduğunu təsdiq edir, Böyük Plini isə onu "Padi accola" (Po çayının sakini) adlandırmışdır).Təbii tarix (Plini). Kitab III, səh. 127 Yevsevi Nepotun Avqustun hakimiyyətdə olduğu dördüncü ilində yaşadığını qeyd edir; yəqin ki, əsərləri məhz ozaman tənqidçilərin nüfuzunu qazanmağa başlamışdır. Böyük Plini Nepotun Avqustun hakimiyyəti dövründə öldüyünü qeyd edir.Təbii tarix (Plini). Kitab IX, Kitab X

Əsərləri Nepotun əsərlərinin demək olar ki, hamısı itmişdir, ancaq digər müəlliflərin əsərlərində onlardan bir neçəsinə işarə olunmuşdur. Avl Gelliyin "Attika gecələri" əsəri bu mənada xüsusi əhəmiyyət daşıyır.

Xronika () Exempla, Valeri Maksim üslubunda hekayələr toplusu Siserona məktublar () Böyük Katonun həyatı Məşhur şəxslər haqqında () Siseronun məktubları (), bir parçası Laktansiusda saxlanmışdır ("Divinarum Institutionum Libri Septem", III.15). Onların rəsmi olaraq yayımlanması məlum deyil. Özgə xalqların görkəmli sərkərdələri haqqında () Latın tarixçiləri haqqında () erotik şeirlər Daret Frigiyalıın Troya dağılması haqqında povest () (Nepotun ön sözü ilə latın dilinə tərcümə)

İstinadlar

Kateqoriya:Latın tarixçiləri Kateqoriya:Qədim Roma tarixçiləri