Əmir xan Yağləvəndli-Cavanşir — Kəşmir hakimi.
Həyatı Əmir xan Səfi xan oğlu 1732-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. Uşaq yaşlarında valideynləri ilə birlikdə Xorasanın Sərəxs bölgəsinə sürgün olunmuşdu. 1747-ci ildə Cavanşir elinin bəzi oymaqları vətənə dönməmiş Əfqanıstanda qalıb Əhməd şah Dürraniyə xidmət etmişdi. Əmir xan oymağı ilə Kəşmiri ələ keçirmiş, 1770-ci ildən 1775-ci ilədək oranı idarə etmişdi. O, Teymur şah Dürraniyə tabe olmurdu. 1773-cü ildə Əfqanıstanın şahı Teymur şah Dürraniylə ilə münaqişəyə girərək müharibə apardı. Öncə qalib gəlsə də, sonradan, 1775-ci ildə bəllucların satqınlığı nəticəsində əsir düşdü.
Britaniyalı müəllif ser Volter Lourens özünün 1895-ci ildə yazdığı "Kəşmir vadisi" kitabında Əmir xan Cavanşir barədə aşağıdakıları qeyd edir: Əmir xan Cavanşir puştun hökmdarlarından ən yaxşısı hesab oluna bilər. Çünki o Srinaqarın girişindəki Amira Kadal körpüsünü və Şirqari sarayını tikdirməsi ilə tanınır. Lakin o həm də Daldakı moğol bağlarını məhv etməsi ilə də yadda qalıb. Digər puştun hökmdarları isə bu gün yalnız öz qəddarlıqları və amansızlıqları ilə xatırlanırlar.
İstinadlar
Kateqoriya:Kəşmir tarixi