Milli Təhlükəsizlik üzrə Ali Şura (; Rom: Showrāye Āliye Amniyate Mellī; Abr: AMTŞ) — İran İslam Respublikasının milli təhlükəsizlik şurası. Şura milli maraqların və İslam inqilabının, ərazi bütövlüyünün və ölkənin milli suverenliyinin qorunması və dəstəklənməsi məqsədilə yaradılmışdır. Bu qurum 1989-cu ildə konstitusiyanın reviziyası zamanı yaradılmışdır.
Səlahiyyətləri Şuranın vəzifələri İran İslam Respublikası Konstitusiyası ilə aşağıdakı kimi müəyyən edilmişdir:
Liderin müəyyən etdiyi ümumi siyasətlər çərçivəsində ölkənin müdafiə və milli təhlükəsizlik siyasətlərinin müəyyənləşdirilməsi. Ümumi müdafiə və milli təhlükəsizlik siyasətləri ilə əlaqəli siyasi fəaliyyət, kəşfiyyat, sosial, mədəni və iqtisadi sahələrin koordinasiyası. Daxili və xarici təhdidlərlə üzləşməmək üçün ölkənin maddi və intellektual ehtiyatlarından istifadə edilməsi.
Tərkibi Konstitusiyanın 176-cı maddəsinə əsasən Milli Təhlükəsizlik üzrə Ali Şuraya ölkə prezidenti sədrlik etməlidir.§·1 of Article 176 Prezident Ali Şuranın katibini seçir.ISNA — 08-15-2005-84/5/24 — سرويس: / سياسي / شماره خبر: 569141 Şuranın qərarları Ali Rəhbər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.§ 5 of Article 176 Ali Rəhbər və Milli Təhlükəsizlik üzrə Ali Şura xarici siyasətlə bağlı qəbul edilmiş qərarların başında durur.
Nüvə siyasəti Milli Təhlükəsizlik üzrə Ali Şura ölkənin nüvə siyasətini hazırlayır. Şuranın formalaşdırdığı nüvə siyasətləri Ali Rəhbər tərəfindən təsdiqləndikdə qüvvəyə minir.Article 176 Ali Şuranın katibi nüvə danışıqları üçün məsuliyyətin Xarici İşlər Nazirliyinə həvalə olunduğu 5 sentyabr 2013-cü ilədək İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi idi.
Katiblərin siyahısı №KatibSəlahiyyət müddətiSiyasi mövqeyiPrezidentAli RəhbərKatibFotoSəlahiyyətin başlanğıcıSəlahiyyətin sonu1Həsən Ruhani 12 oktyabr 198915 avqust 2005ReformistƏkbər Haşimi RəfsəncaniƏli XameneiMəhəmməd Xatəmi2Əli Laricani80px15 avqust 200520 oktyabr 2007MühafizəkarMahmud Əhmədinejad3Səid Cəlili80px20 oktyabr 200710 sentyabr 20134Əli Şəmxani80px10 sentyabr 201322 may 2023ReformistHəsən Ruhaniİbrahim Rəisi5Əli Əkbər Əhmədian80px22 may 20235 avqust 2025Mühafizəkarİbrahim RəisiMəsud Pezeşkian6Əli Laricani80px5 avqust 202517 mart 2026Mühafizəkar7Məhəmməd Bağır Zülqədr80px24 mart 20269 avqust 2026MühafizəkarMüctəba Xamenei8Möhsün Rezayi80px9 avqust 2026VəzifədədirMühafizəkar
İstinadlar
Kateqoriya:Təhlükəsizlik orqanları Kateqoriya:İranda siyasət