Məhəmməd Səidi Mehr (; d.1963) — İranlı tədqiqatçı alim, Tərbiyət Müdərris Universitetinin fəlsəfə kafedrasının professoru.

Həyatı Məhəmməd Səidi Mehr 1963-cü ildə Tehran şəhərində dünyaya göz açmışdır. Orta məktəbi riyaziyyat ixtisasında bitirdikdən sonra, dini və fəlsəfi məsələlərə marağı səbəbi ilə mədrəsəyə gedib, öz təhsilini orada davam etdirmişdir. Magistr təhsilini İlahiyyat və Doktorluq dissertasiyasını fəlsəfə sahəsində edərək, İngiltərəyə elmi tədqiqat üçün getmişdir. Qayıtdıqdan sonra Tərbiyət Müdərris Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.

Yaradıcılığı Elmi fəaliyyətində bir çox kitab və məqalələrin müəllifidir.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür.

Kitabları

Kəlam elmi, Məhəmməd Səidmehr, Nurlar nəşriyyatı, 2013 (Bu kitab Azərbaycan dilinə tərcümə edilmişdir). Din fəlsəfəsi; Allah, İxtiyar və Şər, Taha nəşriyyatı, İran Din fəlsəfəsinin əsasları, Kitab bustanı nəşriyyatı, İran Zərurət, dəlalət və mümkün cahanlar, elmi və fərhəngi nəşriyyatı, 2015

Məqalələri

İstinadlar

Xarici keçidlər