Boris Arkadyev (9 (21) sentyabr, 1899, Sankt-Peterburq, Rusiya İmperiyası — 17 oktyabr 1986, Moskva, RSFSR, SSRİ) — sovet futbolçusu və futbol məşqçisi.

Bioqrafiya Vasilyevski adasındakı Larinskaya gimnaziyasında oxuyub (1910—1918).

Futbol karyerasına 1914-cü ildə Petroqradın Unitas komandası ilə başlamışdır, Moskvanın Saxarniki (1923—1925), RKimA (1926—1930) və Metallurq (1931—1936) klublarında oynamışdır. 1925, 1930—1931-ci illərdə Moskva yığmasında çıxış etmişdir.

SSRİ-nin əməkdar idman ustası (1942, 1952-ci ildə Finlandiya Olimpiya Oyunlarında Yuqoslaviyaya məğlubiyyətə görə mükafatdan məhrum edilib, 1955-ci ildə isə yenidən bərpa edilib), SSRİ-nin əməkdar məşqçisi (1957) mükafatlarına layiq görülüb. Futbol haqqında iki kitabın müəllifidir: "Futbol oyununun taktikası" (Moskva, 1-ci nəşr — 1948, 4-cü nəşr — 1962) və "Yarımmüdafiəçilərin oyunu" (Moskva, 1956 və 1958).

Futbolçulara "siz" deyə müraciət edirdi.

SSRİ-nin qılıncoynatma üzrə əməkdar məşqçisi — Vitali Arkadyevin əkiz qardaşıdır (1899—1987). Qardaşı oğlu — Geliy Arkadyev (1927—2002) cizgi filmlərinin bədii rəhbəridir.

Vostryakovskoye qəbiristanlığında dəfn edilib.

Məşqçi karyerası 1922–1936-cı illərdə M.V.Frunze adına Hərbi Akademiyada qılıncoynatma müəllimi olmuşdur. 1936-cı ildən futbol məşqçisi kimi fəaliyyət göstərib.

"Metallurq" Moskva komandasının baş məşqçisi: 1937–1939 "Dinamo" Moskva komandasının baş məşqçisi: 1940–1944 "ÇSKA" komandasının baş məşqçisi: 1944–1952, 1958–1959 "Lokomotiv" Moskva komandasının baş məşqçisi: 1953–1957, 1963–1965 "Neftyannik" Bakı klubunun baş məşqçisi: 1961–1962 "Paxtakor" Daşkənd klubunun baş məşqçisi: 1967 Şinnik Yaroslavl klubunun baş məşqçisi: 1969

Nailiyyətləri

Futbolçu Moskva çempionu: 1932, 1933

Məşqçi SSRİ çempionu: 1940, 1946, 1947, 1948, 1950, 1951. SSRİ Kubokunun qalibi: 1945, 1948, 1951, 1957. "Şərəf nişanı" ordeni: 1957.

Xarici keçidlər Futbol üzrə Rusiya millisinin saytında profili ÇSKA Moskva klubunun azarkeşlərinin saytında bioqrafiyası Lokomotiv Moskva klubunun azarkeşlərinin saytında bioqrafiyası Советская легенда Тактика футбольной игры Фото могилы

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Dinamo Moskva FK məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:MOİK Moskva FK məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri