Gennadi Borisoviç Bondarenko (4 fevral 1929, Qaqra, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ — 10 aprel 1989, Leninqrad, RSFSR, SSRİ) — sovet futbolçusu, hücumçu, SSRİ İdman Ustası. Azərbaycan SSR (1976) və Latviya SSR-in (1980) əməkdar məşqçisidir.

Karyera

Klub 1943-cü ildə Qaqrada uşaq komandasında, 1944-cü ildən isə "Dinamo" (Suxumi) gənclər komandasında oynamağa başlamışdır. 1946-cı ildən peşəkar komandalarda çıxış etməyə başlamışdır. "Dinamo" (Suxumi), "Dinamo" (Leninqrad), "Dinamo" (Moskva) və "Zenit" (Leninqrad) komandalarında oynayıb.

SSRİ Yüksək Liqasında 223 matçda iştirak etmiş, 49 qol vurmuşdur.

Məşqçi Oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayır. "Zenit", "Neftçi", "Dauqava", "Komsomoleç" (1973-74), "Volna"nın baş məşqçisi vəzifəsində çalışmışdır. Onun tələbələri arasında Olimpiya çempionu İqor Ponomaryov da var.

Nailiyyətləri

Komanda SSRİ çempionu: 1954

Şəxsi SSRİ xalqları Spartakiadasının yarımfinalçısı: 1956

Xarici keçidlər zenit-history.ru saytında statistika

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri